ADİU-da “Elm günləri” başa çatıb
15.11.2014 [11:29]
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Ümumdünya elm günü” çərçivəsində keçirilən “Elm günləri” başa çatıb. Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, üç gün davam edən “Elm günləri”ndə qarşıya qoyulan məqsədə nail olunub, İqtisad Universitetində elmi tədqiqatların aparılması üçün yüksək elmi potensial var.
Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişafında elmin, iqtisadiyyatın rolundan danışıb. Akademik bildirib ki, ölkə iqtisadiyyatı qloballaşan dünyada tələb və təkliflərə uyğun siyasət yeridir. “Hər bir iqtisadçı alimin fikri öyrənilməlidir”, - deyə vurğulayan Z.Səmədzadə, bu baxımdan ADİU-da keçirilən “Elm günləri”nin əhəmiyyətini qeyd edib.
Kulturoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov çıxışında iqtisadiyyatın mədəniyyətlə bağlı olduğunu bildirərək, “Elm günləri” çərçivəsində təşkil olunan tədbirlərin ali təhsil ocağının elm mərkəzinə çevrilməsində böyük rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb.
Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin riyazi biznes və mühasibat proqramının direktoru, professor İlham Axundov çıxışında elmin kapitala çevrilməsi yollarından danışıb. Riyaziyyat və biznesi birləşdirməyi bacaran azsaylı alimlərdən olan İ.Axundov 15 ildir çalışdığı Vaterloo Universitetində əldə etdiyi təcrübəsini professor və müəllim heyəti ilə bölüşüb. Alim çıxışında, həmçinin, “Elm günləri” çərçivəsində ADİU tələbələrinə keçdiyi təlimdən də danışaraq onların bilik səviyyəsindən məmnun qaldığını bildirib.
ADİU-nun dosenti Həmid Həmidov isə “Neuro Linguistic Programming” mövzusunda məruzə ilə çıxış edib. NLP-nin müasir biznes mühitində menecerə faydalılığı, danışıqların aparılması zamanı qarşı tərəfin psixoloji durumunu analiz etmək və inandırmaq texnologiyası, yaddaşın gücləndirilməsi texnikası və s. haqqında tədbir iştirakçılarına məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

