Bütün bayraqlar bizə qonaq gələcəklər
15.11.2014 [11:36]
“ADA” Universitetində IV beynəlxalq tələbə festivalı keçirilib
Noyabrın 14-də “ADA” Universitetinin Tələbə Mərkəzində IV Beynəlxalq Tələbə Festivalı keçirilib. Artıq ənənəyə çevrilmiş bu festivalda xarici dövlətlərin ölkəmizdə akkreditə edilmiş səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, habelə azərbaycanlı və xarici tələbələr, jurnalistlər iştirak ediblər.
“ADA” Universitetinin Tələbə Mərkəzinin foyesində təşkil olunmuş böyük sərgidə xarici dövlətlərin səfirlikləri və Azərbaycanda təhsil alan əcnəbi tələbələr stendlər tərtib edərək öz ölkələrinin milli mədəniyyətlərini, kulinariyasını, kitablar, bukletlər, prospektlər şəklində çap məhsullarını nümayiş etdiriblər. Sərgidə müxtəlif xalqların musiqisi səslənib, tələbələr milli rəqslər ifa ediblər. Festivalda 40-dan çox ölkənin, o cümlədən Rusiya, Gürcüstan, Ukrayna, Orta Asiya respublikalarının, Baltik ölkələri, habelə uzaq xaric - Argentina, Avstriya, Yunanıstan, Çin, İndoneziyanın nümayəndələri iştirak ediblər.
Sonra Tələbə Mərkəzinin auditoriumunda konsert olub. Tədbirdən əvvəl “ADA” Universitetinin vitse-rektoru Fariz İsmayılzadə çıxış edərək bildirib ki, bu festivalın keçirilməsində məqsəd azərbaycanlı tələbələri müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış etmək, gələcək ixtisaslarını və öyrənmək üçün xarici dilləri seçməkdə onlara yardımçı olmaq, habelə öz yaşıdları ilə ünsiyyət, dostluq münasibətləri qurmaq üçün şərait yaratmaqdır. Vitse-rektor əmin olduğunu bildirib ki, festival həm də xalqlar arasında dialoqa kömək edəcək.
Milli geyimli azərbaycanlı və əcnəbi tələbələr müxtəlif xalqların rəqslərini ifa ediblər. Bu çıxışları böyük maraqla qarşılayan tamaşaçılar ifaçıları ürəkdən alqışlayıblar.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

