/ / Qubadlı rayon İcra Hakimiyyəti Milli Qəhrəman Əlyar Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirib
Qubadlı rayon İcra Hakimiyyəti Milli Qəhrəman Əlyar Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirib
17.12.2014 [10:16]
Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Əliyar Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, ölkəmizin müdafiəsi və düşmən tapdağında olan torpaqların azad edilməsi uğrunda mübarizədə 238 şəhid verən Qubadlı rayonunun sakinlərindən 9-u Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. M.İsaqov vətənpərvərliyi və cəsurluğu ilə çoxlarından fərqlənən Əliyar Əliyevin rayonun erməni hücumlarına məruz qaldığı elə ilk gündən torpaqların müdafiəsinə qalxdığını və yaratdığı, komandiri olduğu özünümüdafiə batalyonunun düşmənə tutarlı zərbələr vurduğunu deyib. Əliyar Əliyevin hər zaman ön cərgədə vuruşaraq döyüşçülərini öz arxasınca apardığını söyləyən İcra Hakimiyyətinin başçısı 1992-ci ilin oktyabr ayında şəhid olan Əliyar Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirib.
M.İsaqov dövlətimizin, Prezident İlham Əliyevin hər zaman Milli Qəhrəman ailələrinin, o cümlədən, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər gördüyünü söyləyib. Bildirilib ki, şəhid və Milli Qəhrəman ailələrinə təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Daha sonra tədbirdə çıxış edən Milli Qəhrəmanın döyüş yoldaşları-Vəli Hümbətəliyev, Sadiq Paşayev, Qəzyan kənd tam orta məktəbin müəllimi Nəsibə Aslanova da Əliyar Əliyevin bir komandir kimi təşkilatçılığından, döyüşçü kimi igidliyindən ətraflı bəhs ediblər. Milli Qəhrəmanın oğlu Emin Əliyev çıxış edərək şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərə görə minnətdarlığını, eyni zamanda, Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını ifadə edib. Anım mərasimində qəhrəmanlıq və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

