/ / “Bakı Dövlət Universiteti təhsil, təlim və elm mərkəzi kimi” adlı müsabiqənin qalibləri mükafatlandırılıb
“Bakı Dövlət Universiteti təhsil, təlim və elm mərkəzi kimi” adlı müsabiqənin qalibləri mükafatlandırılıb
18.12.2014 [10:05]
Dünən Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 95 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş “Bakı Dövlət Universiteti təhsil, təlim və elm mərkəzi kimi” adlı müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Bakı Dövlət Universitetinin bu milli sərvət adını qazanmaq yolundakı gərgin fəaliyyətindən bəhs edib. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskinin “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”, - fikrini xatırladan rektor bildirib ki, BDU yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə həmin sözləri həqiqətə çevirib, hər zaman xalqın milli şüurunun, milli özünüdərkin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynayıb.
Rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin mətbuatla, kütləvi informasiya vasitələrinin bütün qolları ilə münasibətində Azərbaycan dövlətinin demokratik prinsiplərini əsas tutduğunu bildirib və qeyd edib ki, BDU-nun fəaliyyəti bütün istiqamətlərdə şəffafdır və bu şəffaflıq fonunda KİV-lərə qapısı həmişə açıqdır: “BDU olaraq mətbuatla davamlı əlaqələrə böyük əhəmiyyət veririk və mətbuat da universitetə isti münasibət göstərir. 95 illik yubileyimizlə bağlı elan etdiyimiz müsabiqəyə təqdim olunan sənədli filmər, məqalələr də göstərdi ki, jurnalistlərimiz universitetlə bağlı məlumatlara olduqca həssas yanaşırlar, təhsil, elm, tədris və ideologiya mərkəzi kimi görülən işləri yetərincə qiymətləndirirlər”.
Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev “Bakı Dövlət Universiteti və mətbuat” adlı məruzə ilə çıxış edib. Sonra BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova qalibləri elan edib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

