“Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı olub
12.02.2015 [10:00]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu qurumun sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb. Təhlilin yekunları “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc olunub.
AzərTAc xəbər verir ki, fevralın 11-də “Kempinski Hotel- Badamdar” mehmanxanasında jurnalın təqdimat mərasimi keçirilib. Ali məktəb rektorlarının, təhsil işçilərinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə TQDK-nın sədri M.Abbaszadə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, monitorinq və buraxılış imtahanları: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
TQDK-nın sədri Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini xüsusi vurğulayıb.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışan M.Abbaszadə qeyd edib ki, dövlət sənədlərinə uyğun olaraq TQDK tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Bildirilib ki, ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak edib. Onlardan 6.01 faizi 500-700 bal toplayıb. Abituriyentlərdən 1.727-si 600-dən yuxarı nəticə göstərib. Yüksək bal toplayan abituriyentlər respublikanın bütün şəhər və rayonlarını təmsil edir. Doqquz nəfər isə maksimal nəticə (700 bal) göstərib.
Yüksək nəticəli gənclərin 379 nəfəri Azərbaycan Tibb Universitetinə, 227-si Bakı Dövlət Universitetinə, 212-si Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 201-i “ADA” Universitetinə, 126-sı Azərbaycan Dövlət Neft Akademiyasına, 120-si Bakı Ali Neft Məktəbinə, qalanları isə digər ali təhsil müəssisələrinə qəbul olunublar.
Məruzədə TQDK-nın keçirdiyi digər imtahanların da nəticələri diqqətə çatdırılıb.
Qeyd edilib ki, TQDK tərəfindən aparılan araşdırmanın tərkib hissələri kimi “Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlili”, “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, Neft-qaz ixtisasları statistikada”, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”, “Monitorinq imtahanlarının nəticələrinin elmi-statistik təhlili” və “2012-2014-cü illərdə ümumtəhsil fənləri üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri” adlı kitabçalar nəşr olunub. Bunlarla yanaşı, ölkəmizin hər bir rayonunun məzunlarının qəbul imtahanlarındakı göstəricilərini əks etdirən kitabçalar da hazırlanıb və bu nəşrlər yaxın günlərdə təhsil şöbələrinə pulsuz paylanacaq.
TQDK tərəfindən ali və orta ixtisas təhsilinin müxtəlif pillələrinə, o cümlədən magistratura və rezidentura səviyyələrinə qəbul imtahanlarının, həmçinin ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb. Bu təhlil təhsilin müxtəlif pillələrində mövcud vəziyyət haqqında məlumatlar əldə etmək və çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq üçün əvəzsiz mənbədir.
Təqdim olunan jurnalda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul, rezidenturaya, orta ixtisas təhsili müəssisələrinə qəbul, buraxılış və monitorinq imtahanları, qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlərin fəaliyyəti; “Tələbə-məzun” Dövlət elektron məlumat sistemi, “Şagird-məzun” elektron məlumat sistemi və onun ümumtəhsil müəssisələrində şagirdlərin biliyinin yekun qiymətləndirilməsi prosesində tətbiqi, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi və digər təhlili materiallar əksini tapıb.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı mühüm sənədlərin əhəmiyyətini qeyd edib. Cəmiyyətin tərəqqisində təhsilin vacib rolunu vurğulayan nazir müavini bu sahənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təhsilin müasir problemlərindən bəhs edib, yeni tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıblar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

