“Bakcell”in əməkdaşları Dünya Mobil Konqresində iştirak ediblər
07.03.2015 [10:47]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinin əməkdaşları İspaniyanın Barselona şəhərində keçirilən Dünya Mobil Konqresində (Mobile World Congress) iştirak edərək bir çox maraqlı müzakirələrə qatılıb, görüşlər keçiriblər. Şirkətdən verilən məlumatda qeyd olunur ki, dünya telekommunikasiya bazarının ən nəhəng iştirakçılarının təmsil olunduğu bu nüfuzlu beynəlxalq tədbirdə ən son mobil texnologiylar nümayiş etdirilib, telekommunikasiya sahəsindəki innovasiyalar, gələcək planlar müzakirə olunub.
“Bakcell” şirkəti hər il müxtəlif ölkələrdə təşkil olunan yüksək səviyyəli telekommunikasiya tədbirlərində iştirak edir. Barselonada keçirilən bu tədbir dünya mobil rabitə bazarı iştirakçıları üçün çox əhəmiyyətlidir. Hər il olduğu kimi çox maraqlı və məşğul bir həftə keçdi. Yeni texnologiyalar, yeni mobil cihazlar, bizim yaxın vaxtlarda kommersiya istifadəsinə verməyə hazırlaşdığımız 4G, ondan sonrakı mərhələ olan 5G. Bir sözlə, yeni çox şeylər. Telekommunikasiya sənayesi üçün çox maraqlı bir həftə idi”, -deyə “Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.
Konqres çərçivəsində keçirilən “İnnovasiyaların Operatorlara Satılması” sessiyasında “Bakcell”in Korporativ Strategiya departamentinin rəhbəri Mark Zırka da iştirak edib. Burada startup üçün ən yaxşı strategiyalar, innovasiyalar, dünyadakı mobil operatorlar üçün strategiya və təchizat məsələləri, onlayn platformaların telekommunikasiya sənayesində yeri və s. məsələlər müzakirə olunub. Mark Zırka “Bakcell”in Azərbaycanda “startup” mühitinin inkişafına dəstəyindən, eyni zamanda, ölkədə yeni mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab layihəsi haqqında da danışıb.
“Bu tədbir bizə dünyadakı müxtəlif “startup”ların ehtiyaclarını daha yaxşı başa düşməyə imkan yaratdı. Biz, eyni zamanda, burada öz mesajlarımızı da çatdıra və “Bakcell”in “startup”ların inkişafı üçün qitələrarası səviyyədə tanınan və dəstəklənən bir ekosistem təmin etdiyini göstərə bildik”,- deyə Mark Zırka bildirib.
Məlumatda, həmçinin, qeyd olunur ki, “Bakcell” şirkəti bu il ilk dəfə olaraq azərbaycanlı bloqqerin Dünya Mobil Konqresində iştirakını təmin edib və Barselonada nümayiş olunan ən son yeniliklər, mobil cihazlar və keçirilən tədbirlər barədə videoxəbərləri özünün rəsmi “Facebook” səhifəsində yerləşdirib. Beləliklə, mobil texnologiyalar sahəsindəki ən son yeniliklər qısa bir müddət ərzində Azərbaycandilli İnternet istifadəçilərinə təqdim olunub. Həmin yeniliklərlə “Bakcell”in “Facebook” səhifəsindən https://www.facebook.com/Bakcell tanış olmaq mümkündür.
Səlim
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08

