Uğurlu və xoşbəxt Azərbaycan gəncliyi
11.03.2015 [18:23]
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilibdir.
Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdırsa, yeni proqrama 80 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Azərbaycançılıq ideologiyasının təbliği və gənclərin siyasi fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, gənclərin və tələbələrin ictimai fəallığı, gənclərin elmi fəaliyyəti, onların məşğulluğu, sahibkarlıq fəaliyyəti, müasir çağırışlar və gənclər, bu kimi mövzular ətrafında mütəmadi olaraq müzakirələr aparılır və ortaya çıxan problemlər tez bir zamanda öz həllini tapır.
"2015-2025-ci illər üçün Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın gənclər üçün mühüm əhəmiyyəti var. Bu strategiyanın qəbul edilməsi Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin daha bir uğurudur. Strategiyanın mərkəzində Azərbaycan gənclərinin maraqlarının yer alması və sənəddə gənclərin potensialını, imkan və tələbatlarını nəzərə almaq üçün 17 fərqli sosial qrupun göstərilməsi dövlətin gənclərə göstərdiyi qayğının göstəricisidir. Azərbaycan gənclərinin tərbiyəsini görülən ayrı-ayrı tədbirlər vasitəsilə deyil, institusional əsaslarda təşkil olunmasını normativ-hüquqi sənəddə təsbit edilməsində görmək mümkündür. Ölkədə həyata keçirilən gənclər siyasətinin müxtəlif institutları, həmçinin qazanılmış iş təcrübəsi və mövcud mexanizimlər bunu etmək üçün yaxşı əsaslar yaradr.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan gənclərinin forumlarının uğurla keçirilməsi, dövlət gənclər siyasətinin həyata keçirilməsinin dinamik şəkildə davam etdirilməsini göstərir. Bu siyasətin uğurla davam etdirilməsi nəticəsində "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)", "Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə" Dövlət proqramlarının qəbul edildiyi, 2007-ci ilin ölkəmizdə "Gənclər ili" elan olunduğu, Gənclər Evinin, Gənclər Fondunun yaradılması uğurlu siyasətin və göstərilən qayğının nəticəsi və sübutudur.
Azərbaycan dövləti nəinki özünün siyasətində gənclərə üstünlük verir, bu istiqamətdə siyasəti prioritet fəaliyyət kimi, gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onun göstəricisidir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin idealarını, təkliflərini, fikirlərini bilavasitə özlərindən alaraq həyata keçirir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası "nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.
Fərid Nəsibov
YAP Gənclər Birliyi ofisinin koordinatoru
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

