“İrəli” İctimai Birliyinin “Gənc Əkinçi” Akademiyası uğurla başa çatıb
17.03.2015 [10:02]
“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənc Əkinçi” Akademiyası uğurla başa çatıb. Cari il “Gənclər paytaxtı” seçilən İsmayıllıda reallaşan layihə çərçivəsində 30-dək gənc jurnalist müxtəlif mövzularda keçirilən təlim və seminarlarda iştirak edib, rayonun görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, layihə iştirakçıları əvvəlcə İsmayıllı Rayon İcra Hakimiyyətində olublar. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov gənclərlə görüşün əhəmiyyətindən danışıb, belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın təməlinin qoyulmasından, müasir dövrdə jurnalistikanın problemlərindən, əldə olunan uğurlardan danışıb.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin İsmayıllıda keçirilməsindən məmnunluğunu bildirərək Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu gün ölkədə beş mindən çox KİV qeydiyyatdan keçib. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub və bu da gənc jurnalistlərin biliklərinin artırılmasını, onlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini zəruri edir.
Sonra rayon mədəniyyət evində “Gənc Əkinçi” Akademiyasının açılışı olub. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, KİV-lər arasında əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak edən gənc jurnalistlər komandasını formalaşdırmaq, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.
Akademiya çərçivəsində iştirakçılara “KİV və Dağlıq Qarabağ”, “Hərbi jurnalistika”, “Sosial media və köşə haqqında”, “Xarici mətbuata çıxış” mövzularında təlim və seminarlar keçirilib. “Gənc əkinçi”lər jurnalistikanın tarixi, mediada peşəkarlıq və müasir mətbuatın problemləri kimi aktual məsələlərin ictimai müzakirəsində də yaxından iştirak ediblər.
Sonra gənc jurnalistlər Girdimançayın sahilində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsində olublar. Akademiya iştirakçılarına Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən olan Lahıc barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, dülgərlərin, xalçaçıların, nəqqaşların, çəkmə və çarıq tikənlərin və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
“Gənc əkinçi”lər İsmayıllıdakı mədəniyyət evində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivinin ifasında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasına baxıblar.
Layihənin sonuncu günü - martın 15-də jurnalistlər özünəməxsus adət-ənənələri ilə seçilən İvanovka kəndində olublar.
Məlumat verilib ki, bu kənd İsmayıllı rayonunda istər yerli, istərsə də xarici turistlər üçün çox maraqlı və cəlbedici məkandır. Hazırda kənddə vaxtilə Azərbaycana köçürülən malakanlar nəslinin davamçıları yaşayır. Bu kəndin əməksevər sakinləri qədim adət və ənənələrini indi də qoruyub saxlayırlar.
Həmin gün İsmayıllı rayon mədəniyyət evində Akademiyanın bağlanış mərasimi keçirilib. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək layihənin uğurla yekunlaşdığını diqqətə çatdırıb. Bildirilib ki, təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlər aparılacaq, dil kursları təşkil ediləcək. Qrupun, həmçinin gələcəkdə müxtəlif ölkələrin media orqanlarında təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.
Sonra akademiyanın iştirakçılarına şəhadətnamələr verilib.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Gənc əkinçi”lərə fəaliyyətlərində uğurlar arzulayaraq xatirə hədiyyələri təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45

