Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda ilaxır çərşənbəyə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib

Bakıda ilaxır çərşənbəyə həsr olunmuş təntənəli bayram mərasimi keçirilib

18.03.2015 [10:09]

Azərbaycan torpağına bahar gəlir. Ana təbiət oyanır, yaşıl libasını geyməyə hazırlaşır. Xalqımız baharın gəlməsini - Novruz bayramını çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edir. İlaxır çərşənbələrdən başlayaraq kütləvi şənlik və mərasimlər keçirilir.
Azərbaycan xalqı min illər boyu qoruyub saxladığı milli-mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan bu əziz bayramı bu il də hər yerdə böyük sevinc və fərəhlə qarşılayır. Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilir.
Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda ilaxır çərşənbə münasibətilə təntənəli mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dünən səhər saatlarından Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının qarşısından Novruz personajlarının iştirakı ilə bayram karvanı - 12 süvari, 5 dəvə və 6 fayton yola düşüb.
Bayram karvanı şəhərimizin küçələrini gəzərək, Füzuli meydanının qarşısındakı yeni istirahət parkında, Azadlıq meydanında, Metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında Büllur fəvvarənin ətrafındakı istirahət parkında, Səməd Vurğun istirahət parkında Novruz şənlikləri keçiriblər.
Heydər parkında Novruz personajları, kəndirbaz və pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram tonqalları alovlandırılıb.
Axşam saatlarında isə Qoşa qala qapısının qarşısındakı Gənclik meydanında ilaxır çərşənbə münasibətilə tonqal yandırılıb, incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilib.
Bayram mərasimində dönə-dönə təbiətin oyanması ilə yurdumuza qədəm qoyan baharın elimizə xoşbəxtlik, ruzi-bərəkət və əmin-amanlıq gətirməsi arzulanıb.
Paytaxtın minlərlə sakininin və qonaqlarının maraqla izlədikləri bayram tədbiri zamanı Bakının bahar axşamının səması möhtəşəm atəşfəşanlığın əlvan rənglərinə boyanıb.
Bakıda Novruz şənlikləri qarşıdakı günlərdə də davam edəcək.

Paylaş:
Baxılıb: 893 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30