/ / Ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlərin müzakirəsi aparılıb
Ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlərin müzakirəsi aparılıb
08.04.2015 [09:39]
Aprelin 7-də Azərbaycan Mətbuat Şurası (AMŞ), Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr olunan “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMŞ-nin sədri Əflatun Amaşov Dövlət Proqramının əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevin 2013-cü il 23 may tarixli Sərəncamı ilə təsdiqlənmiş bu mühüm sənədin icrası ilə bağlı görülən işlərdən danışıb. Hazırda dünyada 50 milyondan çox insanın Azərbaycan dilində danışdığını diqqətə çatdıran Ə.Amaşov vurğulayıb ki, dil hər bir millətin, xalqın varlığının əsas göstəricilərindəndir. Ona görə də dilin saflığının qorunması hər kəsin, xüsusilə mətbuat nümayəndələrinin ümdə vəzifəsi olmalıdır.
Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev rəhbərlik etdiyi elm müəssisəsində proqram çərçivəsində görülən işlərdən, struktur dəyişikliyindən, yeni şöbələrin açılmasından danışıb. Monitorinq qrupunun fəaliyyətini xüsusi qeyd edən akademik mətbuatda əcnəbi sözlərin həddən çox işləndiyini, bu sözlərin əksəriyyətinin dilimizdə qarşılığının olduğunu terminologiya komissiyasının yaradılmasının vacibliyini vurğulayıb. İnstitutda Qarabağ, Naxçıvan, Dərbənd dialektoloji atlaslarının hazırlanacağı da diqqətə çatdırılıb.
Akademik T.Hacıyev Azərbaycan dilinin inkişafında və qorunmasında Ümummilli lider Heydər ƏIiyevin əvəzsiz xidmətlərindən söz açıb. Alim “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbil edilməsinin Ulu öndərin bu sahədə gördüyü misilsiz işlərin davamı olduğunu bildirib.
MTRŞ sədrinin müavini, professor Qafar Cəbiyev bildirib ki, teleradio yayımçılarının dövlət dilindən istifadəsi məsələsi Milli Televiziya və Radio Şurası üçün də prioritet istiqamətlərdəndir. Hələ 2003-cü ildə Şura tərəfindən “Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadə ilə bağlı Xüsusi Qaydalar” müəyyənləşdirilib. 2008-ci ildə isə MTRŞ bəzi istisnaları nəzərə almaqla yayımın tamamilə dövlət dilində həyata keçirilməsi barədə qərar qəbul edib. Artıq yeddi ildir ki, Azərbaycan televiziya və radioları yayımı bütünlüklə ana dilimizdə aparırlar.
Q.Cəbiyev Dövlət Proqramında teleradio yayımçıları tərəfindən həyata keçirilməsi vacib olan bir sıra ciddi vəzifələrin də əksini tapdığını xatırladıb. Bildirilib ki, sənəddə dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkili, KİV-lərdə dövlət dilinin təbliğinin gücləndirilməsi vəzifələri qarşıya qoyulur.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Mətbuat Şurasının dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqov qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması mətbuatın, jurnalistlərin ən vacib vəzifələrindəndir. Bunun üçün ilk növbədə ana dilini sevmək lazımdır. Milli Məclisin deputatı dilimizin inkişafında və qorunmasında Ulu öndər Heydər Əliyevin uğurlu fəaliyyətini qeyd edib, Onun bu sahədə hər bir azərbaycanlıya örnək olduğunu vurğulayıb.
Digər çıxış edənlər də Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən danışıb, proqram çərçivəsində görülən işləri yüksək qiymətləndiriblər. Bu istiqamətdə bir sıra işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09

