Nizami rayonunda birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövrü müzakirə edilib
10.04.2015 [09:59]
Aprelin 9-da Nizami rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda rayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin davam etdirildiyini deyib. I Avropa Oyunlarının 4 qrup üzrə 18 yarış obyektində keçiriləcəyini deyən T.Budaqov Milli Gimnastika Arenası ilə yanaşı, Olimpiya kəndinin və Mətbuat-media mərkəzinin də Nizami rayonunda yerləşdiyi qeyd edib.
Rayondakı prospekt və küçələrdə geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini deyən icra başçısı yaşıllıq sahələrinin salındığını və sanitariya-təmizlik işlərinin görüldüyünü, işlərə mayın sonunda yekun vurulacağını bildirib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, belə bir beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrin icrasını təmin edəcəklərinə əminliyini ifadə edib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi təhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyatları üzrə obyektlərin meneceri David Stor Avropa Oyunlarına hazırlıq və yarışların keçirilməsi müddətində idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində görüləcək işlərdən söhbət açıb.
Müşavirədə Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində ictimai təhlükəsizləyin təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

