“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək” sosial dostluq qrupu “dəyirmi masa” keçirib
06.05.2015 [10:02]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək” sosial dostluq qrupu “dəyirmi masa” keçirib. Tədbirdə millət vəkili Fəzail Ağamalı, fəal gənclər, sosial qrupun üzvləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, böyük bir idman bayramına çevriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına az müddət qalıb. Millət vəkili deyib ki, Azərbaycan dövlətinin ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsindən hər birimiz qürur duyuruq: “Bu da bəllidir ki, uğurumuzu istəməyən bəzi qüvvələr Azərbaycana qarşı “qara piar” kampaniyası aparır. Bunların qarşısını almaq üçün, dövlətimizin ev sahibliyi edəcəyi bu böyük idman yarışının fəal təbliğatçısına çevrilmək üçün biz aprelin 25-də sosial şəbəkədə “birinci Avropa Oyunlarına dəstək” dostluq qrupunu yaratdıq. Niyyətimiz Oyunlara dəstək vermək və bu istiqamətdə dövlətimizin yanında olmaqdır. Bütün imkanlardan istifadə edərək, sosial şəbəkələrdə Oyunların əleyhinə olan qüvvələrə qarşı mübarizə aparmalıyıq. Qrupumuzun artıq 10 mindən çox üzvü və izləyicisi var”.
Millət vəkili “qara piar” aparan qüvvələrin əsas hədəfinin ölkəmizdəki əmin-amanlıq və sabitliyin olduğunu diqqətə çatdırıb və vurğulayıb ki, dünyada Azərbaycanın imicini zədələmək, ölkəmizə qarşı mətbuatda şər və böhtan dolu məlumatlar yaymaq üçün fəaliyyət aparan məhz erməni lobbisi, həmçinin, onun nəzarətindəki qüvvələrdir: “Azərbaycanın daxilində olan bəzi qüvvələr də bu ermənipərəst dairələrə qoşulurlar. Onların arasında partiyalar, QHT-lər və hətta qəzetlər də var. Biz buna qarşı qətiyyətli mövqe nümayiş etdirməliyik. Onların bu fəaliyyəti bizim milli maraqlarımıza ziddir və biz buna qarşı öz iradəmizi qoymalıyıq. Sosial şəbəkələrdə müxtəlif dillərdə birinci Avropa Oyunlarını təbliğ etməli, dövlətimizin yanında olmalıyıq. Bütün imkan və potensialımızı bu istiqamətə cəmləyərək, dövlətimizə xidmət göstərməliyik, Prezidentimizin ətrafında sıx birləşməliyik”.
Layihənin koordinatoru Nicat Müslümov isə qeyd edib ki, qrupun izləyicilərinin sayı günü-gündən artır. Əsasən xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bu işdə fəallıq nümayiş etdirdiyini önə çəkən N.Müslümov onu da vurğulayıb ki, Azərbaycan gəncliyi hər zaman öz dövlətinin yanındadır: “Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, ilk Avropa Oyunlarını, Azərbaycanı təbliğ etməliyik. Düşünürəm ki, bu Oyunların keçirilməsi həm Azərbaycanın inkişafı, turizm potensialı baxımından təbliğinə, həm də Dağlıq Qarabağ probleminin həlli istiqamətində mühüm töhfələri ilə yadda qalacaq”.
Daha sonra çıxış edən BDU-nun Hüquq fakültəsinin həmkarlar təşkilatının sədri Yavər Məmmədova, AZTV-nin əməkdaşı Ruslan Həsənov, BDU-nun müəllimi İradə Əliyeva, Əməkdar məşqçi Dilarə Əhmədova, Azərbaycan Dillər Universitetinin doktorantı Ülfan Əliyeva və başqaları birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini qeyd edərək, anti-Azərbaycan kampaniyasına qarşı ölkə vətəndaşlarını birgə mübarizəyə çağırıblar. Tədbir iştirakçıları Azərbaycan dövlətinin birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliklərini ifadə ediblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45

