/ / “Azərbaycan-Türkiyə ortaq xalq dəyərləri - Molla Nəsrəddin və Nəsrəddin Hoca” mövzusunda konfrans keçirilib
“Azərbaycan-Türkiyə ortaq xalq dəyərləri - Molla Nəsrəddin və Nəsrəddin Hoca” mövzusunda konfrans keçirilib
09.05.2015 [12:34]
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Türkiyənin Yunis Əmrə İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə ortaq xalq dəyərləri - Molla Nəsrəddin və Nəsrəddin Hoca” mövzusunda konfrans keçirilib.
Yunis Əmrə İnstitutunun Bakı Kültür Mərkəzinin direktoru Ali Cura təmsil etdiyi İnstitutun Türkiyənin tarixini, mədəniyyətini dünyaya tanıdan bir qurum olduğunu bildirib. Azərbaycan və Türkiyə arasında ortaq dəyərlərin çox olduğunu deyən Ali Cura birgə çalışmaqla bu dəyərləri bütün dünyada təbliğ etməyin vacibliyindən danışıb.
Bilik Fondunun aparıcı məsləhətçisi Rauf Həsənov xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin qədimliyindən, türk dünyasının ortaq mədəni dəyərlərindən bəhs edib və bu dəyərlərin qorunub saxlanaraq dünya ictimaiyyətinə çatdırılmasında Yunis Əmrə İnstitutu ilə Bilik Fondunun birgə fəaliyyətindən söz açıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərasim Folkloru şöbəsinin müdiri, professor Ağaverdi Xəlilov Molla Nəsrəddinlə bağlı Azərbaycan folklorşünaslığında bir çox araşdırmaların aparıldığını, müxtəlif monoqrafiyaların yazıldığını qeyd edib.
Haccattəpə Universitetinin professorları Özkul Çobanoğlu və Mətin Özarslan, AMEA-nın Mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy ortaq dəyərlərin insanları bir-birinə bağladığını, Molla Nəsrəddin kimi obrazların ictimaiyyətin şüur və psixologiyasının əsasını təşkil etdiyini bildiriblər, belə obrazları qorumağın, gələcək nəsillərə öyrətməyin vacib olduğunu vurğulayıblar.
ADU-nun Azərbaycan dili və Ədəbiyyatı kafedrasının professoru Adil Babayev Molla Nəsrəddinin bütün türk xalqlarının ortaq qəhrəmanı olduğunu deyib. Molla Nəsrəddinçiliyin çox qədim tarixi olduğunu xatırladan A.Babayev bu yaxınlarda “Molla Nəsrəddin” jurnalının çapdan çıxmasının 109 ilinin tamam olduğunu da diqqətə çatdırıb.
Konfransda Bilik Fondunun ADU üzrə nümayəndəsi Pərvin Babayeva, ADU-nun Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Türkiyənin Yunis Əmrə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

