“Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər müzakirə olunub
14.05.2015 [10:04]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Gənclər Evində “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub. Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbir zamanı ARGTMŞ-nin sədri Şahin Seyidzadə, Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri ilə görüşüblər.
Tədbirdə ARGTMŞ-nin üzvləri - “Gənclər” Dayaq və İnkişaf Mərkəzi, Azərbaycan Gənclər İttifaqı, “Azərbaycan Könüllülər” İctimai Birliyi, “Bakı Gənclər Klubu” İctimai Birliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyi, “Gənclər Mərkəzi” İctimai Birliyi, “Üfüq Gənclərin İnkişafı Naminə” İctimai Birliyi, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi, “Bizim Gənclik” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Uşaq və Tələbə Gənclər Dünyası, Yeni Yazarlar və Sənətçilər Qurumu, “Dan Beynəlmiləlçi Gənclər” İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı təmsil olunublar.
ARGTMŞ tərəfindən silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na əsasən 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramının müzakirəsi və Dövlət Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.
Tədbir ARGTMŞ-nin sədri Ş.Seyidzadənin açılış nitqi ilə başlayıb. Gənclər Dövlət Proqramının vacibliyindən danışan Ş.Seyidzadə ölkənin gənclər sahəsində görülən işlərin strateji və planlaşdırılmış şəkildə həyata keçirildiyini qeyd edib: “Azərbaycan gündən-günə inkişaf edir və özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkənin bütün sahələrində əldə olunan uğurlu nəticələr və müvəffəqiyyətlər gənclər sahəsində də öz əksini tapır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Gənclər Siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və dəstəyi ilə öz uğurlu nəticələrini verməkdədir. Bu gün qürurla demək olar ki, Azərbaycan gənclər siyasəti dünyada uğurlu bir təcrübə kimi tanınır. Bu da ölkədə gənclər sahəsində görülən işlərin strateji və planlı şəkildə aparılmasının nəticəsidir”.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri F.Babayev çıxışı zamanı Gənclər Dövlət Proqramının formalaşmasında gənclər təşkilatlarının iştirakının əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanda Gənclər Dövlət Proqramının formalaşmasında gənclər və gənclər təşkilatlarının iştirakı sahəsində mühüm təcrübə mövcuddur və bu təcrübə illərdir ki, öz müsbət nəticələrini göstərir. O, həmçinin, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən ARGTMŞ-nin üzv təşkilatları tərəfindən Dövlət Proqramına faydalı təkliflərin veriləcəyinə inandığını bildirib.
Görüş zamanı ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib, sualları cavablandırılıb. Tədbir “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq maddələrinə uyğun olaraq Dövlət Proqramına təkliflərin verilməsi və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
ARGTMŞ-nin təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33

