Bilik Fondu Saatlıda görüşlər keçirib
16.05.2015 [11:52]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları Saatlı rayonunda olublar. Səfər çərçivəsində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla görüşən Fondun əməkdaşlarına rayon haqqında, eləcə də, rayonda aparılan islahatlar barədə məlumat verilib. RİH başçısı bildirib ki, Bilik Fondu fəaliyyətə başladığı gündən qurumun həyata keçirdiyi layihələr daim diqqət mərkəzində olub. Cəmiyyətin maariflənməsi istiqamətində Bilik Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu bildirən S.Cabbarov qurumun yerli nümayəndəsinin Saatlıda mütəmadi olaraq maraqlı tədbirlər hazırladığını diqqətə çatdırıb.
Daha sonra rayon ictimaiyyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun ötən 1 il ərzində mühüm layihələrə imza atdığını diqqətə çatdırıb. Həyata keçirilən layihələrlə bağlı məlumat verən O.Səmədov Saatlı ictimaiyyətini də bu layihələrdə aktiv iştiraka çağırıb. Bölgələrdə bütün sahələr üzrə geniş islahatlar aparıldığını, abadlıq-quruculuq işlərinin görüldüyünü xatırladan O.Səmədov Bilik Fondunun missiyasının ölkədə gedən sürətli inkişaf barədə həm yerli, həm də dünya ictimaiyyətinə dolğun məlumat çatdırmaq olduğunu deyib.
Bilik Fondunun yerli nümayəndəsinin təşkilatçılığı ilə Saatlının tarix diyarşünaslıq muzeyində ümumdünya muzeylər gününə həsr olunan tədbir keçirilib. Muzeyin direktoru Sürayyə Zeynalova muzeylə bağlı maraqlı məlumatlar verib. Bilik Fondunun yerli nümayəndəsi Tamilla İsmayilova bildirib ki, rayonda tez-tez bu qəbildən tədbirlər keçirilir və bütün tədbirlərdə Fondun könüllüləri fəallıq nümayiş etdirirlər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun Əlisoltanlı kənd tam orta məktəbinin şagirdlərilə də görüşü keçirilib. Görüşdə istedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində Fondla yaxından əməkdaşlıq ediləcəyi diqqətə çatdırılıb.
Bilik Fondunun nümayəndələrini görüşlərdə Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova müşayiət edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
23 İyul 15:08
YAP xəbərləri
23 İyul 14:37
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01

