“Akademi Group” MMC vətəndaşlara işbazlara aldanmamağı tövsiyə edir
26.05.2015 [10:00]
“Akademi Group” Təhsil Mərkəzi 7 ildən artıqdır ki, azərbaycanlı gənclərin başda Türkiyə universitetləri olmaqla xaricdə təhsil almalarına peşəkar şəkildə xidmət göstərir. Son 5 ildə davamlı olaraq Azərbaycanda Türkiyə universitetlərinin təhsil sərgilərini də keçirən qurum öz nümunəvi xidməti sayəsində həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin böyük rəğbətini qazanıb.
İndiyədək xaricə təhsil almağa göndərilən gənclərdən heç biri Təhsil Mərkəzinin xidmətlərindən narazılıq etməyib. Bununla belə, son zamanlar Təhsil Mərkəzinin də ciddi narahatlıq keçirdiyi təəssüf doğuran vəziyyət yaranıb. Belə görünür ki, mərkəzin getdikcə artan nüfuzu bəzilərini narahat etməyə başlayıb və yaxud kimlərsə bundan sui-istifadə etməyə çalışırlar.
Bununla əlaqədar “Akademi Group” MMC açıqlama yayıb. Açıqlamada bildirilir ki, akademiyanın sosial şəbəkə hesablarına şərh yazan istifadəçilərin inboksuna Təhsil Mərkəzi adından olduğu iddia edilən mesajlar göndərilir, ünvan və telefon nömrələri verilir. Bundan başqa, bəzi yalançı “şirkət”lərin nümayəndələri tələbə və abituriyentlərlə görüş zamanı akademiyanın adından danışır, bütün məsələlərə Təhsil Mərkəzinin nəzarət edəcəyini söz verirlər.
“Akademi Group” MMC-nin açıqlamasında birmənalı şəkildə bildirilir ki, belələrinin sözügedən Təhsil Mərkəzinə heç bir aidiyyəti yoxdur. “Akademi Group” MMC-nin əməkdaşları xaricdə təhsil almaq istəyənlərlə yalnız Təhsil Mərkəzinin ofisində görüşürlər. Açıqlamada, həmçinin, vurğulanır: “Akademiyanın sosial şəbəkə hesabları saytı tərəfindən yönləndirilən hesablardır və bu hesablara gələn şərhlərə, sadəcə, şərh yazaraq cavab verilir. Özəl mesaj yazmadan Sizə özəl mesaj göndərilə bilməz; sosial şəbəkə hesablarımız və ya saytımızda verilən formları doldurduğunuz zaman gələn avtomatik e-maillər və ....@akademi.az sonluqlu e-maillər xaricində Sizə e-mail göndərilməsi mümkün deyil; Sizə hansısa bir reklam xarakterli e-mail gəldikdə, unutmayın ki, akademiya heç bir zaman ayrıca müqavilə imzalamadan ödənişli xidmət göstərmir, bir çox ödənişsiz xidmətlərimiz isə müqaviləsiz olaraq həyata keçirilir; akademiya tərəfindən ofislərdən kənar hər hansı bir yerdə müqavilə imzalanmır; akademiyanın Bakı, Gəncə və Lənkəran ofisləri ilə yanaşı, Mingəçevir və Qəbələ nümayəndəlikləri də fəaliyyət göstərməkdədir. Bu nümayəndəliklərin təmsilçiləri ofis xaricində sizlərə məlumat versələr də, ofisdən kənarda müqavilə imzalanmır və hər hansı bir ödəniş aparılmır; göstəriləcək xidmətlərin hər biri müqavilədə əks olunmalıdır”.
Vətəndaşlar hər hansı bir işbaza rast gəldikləri təqdirdə övladlarının gələcəyini riskə atmamaq naminə diqqətli olmalıdırlar. “Akademi Group” MMC vətəndaşlardan belə hallarla üzləşdikdə dərhal Təhsil Mərkəzinə məlumat vermələrini xahiş edir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

