AJQA “Azərbaycan Xalq Cümhuriyyəti-97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirib
27.05.2015 [09:27]
Dünən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilib. Konfransı giriş sözü ilə AJQA-nın prezidenti Sevil Yusifova açaraq, Xalq Cümhuriyyətinin yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verdiyini deyib. “Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus əsarətindən yaxa qurtarmaq bizlərə XX əsrin əvvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. İnsanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”.
S.Yusifova həmin günün həm Şərqdə, həm də Azərbaycanda əlamətdar bir hadisə olduğunu xatırladıb. O, Azərbaycan Demokratik Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının çox böyük rolu olduğunu vurğulayıb.
Sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevanın ADR-in qadın siyasəti haqqında məruzəsi dinlənilib. O bildirib ki, qadınların cəmiyyətdə yeri, onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan ictimai-siyasi fikrini daim düşündürən problemlərdən biri olub.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ADR-in təhsilə verdiyi önəmdən, cəmiyyətdə formalaşdırdığı tərəqqidən söhbət açıb. M.İbrahimqızı bəzi Qərb dövlətlərində 1970-ci illərdə qadına yüksək hüquqlar verildiyi halda, Xalq Cümhuriyyətinin bu hüquqları 97 il bundan öncə verdiyini xatırladıb.
Tədbirdə, həmçinin, professor Cahangir Məmmədli, TUMİB sədri Çingiz Bayramov və digər elm xadimləri, QHT rəhbərləri və media nümayəndələri çıxış ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

