Qaradağ rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib
11.06.2015 [09:30]
Dünən Qaradağda rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri geniş təhlil edib, məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini xüsusi vurğulayıb. Bildirilib ki, 22 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi gərgin ictimai-siyasi prosesləri təhlil edərək vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkədə həllini gözləyən çox ciddi problemlər özünü göstərirdi: “Təkcə iqtisadi sferada inflyasiya 1800 faizə çatmış, dövlət büdcəsinin kəsri 100 dəfəyə qədər artmışdı. Ölkədə vəziyyət get-gedə pisləşir, iqtisadiyyatın bütün sahələri sıradan çıxır, siyasi gərginlik artır, mənəvi aşınma baş verirdi. Ölkəni vətəndaş müharibəsi təhlükəsi gözləyirdi”.
A.Hüseynovun sözlərinə görə, məhz belə bir mürəkkəb şəraitdə Ümummilli liderimiz Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı, bütün problemləri qısa bir müddətdə aradan qaldırdı, dövlətçiliyin əsaslarını yaratdı. Hazırda isə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində uğurla inkişaf edir.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva da Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Vurğulanıb ki, 1991-1993-cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı. Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına - Ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur.
Daha sonra tədbirdə çıxış edən tarix elmləri doktoru, professor Anar İsgəndərov, siyasi elmlər doktoru, professor Elman Nəsirov da 1993-cü ildə ölkəmizdə baş verən siyasi prosesləri təhlil edərək həmin mürəkkəb şəraitdə xalqımızın ölkəmizi xilas etmək üçün məhz zəngin dövlətçilik təcrübəsi olan böyük siyasətçi Heydər Əliyevə müraciət etməsinin çox düzgün qərar olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

