Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə çapdan çıxmış kitabın təqdimatı keçirilib
11.07.2015 [10:49]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə çapdan çıxmış “Siz unudulmamısınız...” kitabının təqdimat mərasimi keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq paytaxtımızda, eləcə də, respublikamızın digər şəhər və bölgələrində silsilə tədbirlər reallaşdırılmaqdadır.
O, rəhbərlik etdiyi qurumun bu tədbirlərdə iştirakından söz açıb. Yubileyin daha yaddaqalan olması üçün gördüyü işləri sadalayıb. “Siz unudulmamısınız...” kitabının da əlamətdar tarixə bir töhfə olduğunu vurğulayıb: “Ömrünü-gününü jurnalist peşəsinin məziyyətlərinə qatlaşaraq keçirmiş çoxsaylı qələm sahiblərimiz var. Onların fədakar əməyi gənc nəslimiz üçün örnəkdir. Belələrinin cəmiyyətə tanıdılması təkcə mətbuatımızın həyatımızdakı rolunu vurğulamaq deyil, eyni zamanda, keçmiş yaşantılarımızın yada salınması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu adamların hər birinin həyat və yaradıcılığı bütöv bir mərhələni, dəyərlər sistemimizi gözlərimiz önündə canlandırır, Həsən bəy Zərdabinin miras qoyduğu mətbu irsin ənənəvilik simvolu kimi çıxış edir. Buna görə də Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi onların həyat yolunun həkk olunduğu kitabın hazırlanması istiqamətində işə başladı. Hesab edirəm ki, bu iş çox uğurlu alındı. Onu da xüsusi bildirim ki, ümumən ahıl jurnalistlərimizə dövlət qayğısı da sistemli aparılan işdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələri təmsilçiləri ilə 2013-cü ildə keçirilmiş görüşündə məsələ qaldırıldı. Dövlət başçısının tapşırığı ilə Şuranın Ahıl Jurnalistlər Məclisinin təşkilatlanması üçün müvafiq tədbirlər görüldü. Məclis vaxtaşırı olaraq veteran jurnalistlərimizi ziyarət edir, onlarla bağlı yaradıcılıq gecələri, anım mərasimləri düzənləyir. Artıq bu fəaliyyət xoş ənənəyə çevrilib”, - deyən Ə.Amaşov təqdimatı keçirilən kitabın da ənənələrə sadiqlik ruhuna kökləndiyini vurğulayıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimov “Ərgünəş” Nəşriyyatında işıq üzü görmüş “Siz unudulmamısınız...” kitabının xarakterik xüsusiyyətlərindən söz açıb. O bildirib ki, səkkiz bölümdən ibarət nəşrdə korifey jurnalistlərimiz haqqında xatirə oçerkləri, beş ildir fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin gördüyü işlərin icmalı, müxtəlif tədbirlərdən fotogörüntülər, habelə tanınmış qələm sahibləri barədə avtobioqrafik məlumatlar toplanıb. Kitab-toplunun Azərbaycan milli mətbuatının 140 illiyinə həsr olunduğunu vurğulayan Y.Kərimov onun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında MŞ-nin Ahıl Jurnalistlər Məclisinin “Siz unudulmamısınız...” kitabının ərsəyə gətirilməsini son dərəcə faydalı iş adlandırıb. Milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində belə bir nəşrin işıq üzü görməsinin əlamətdar tarixə mühüm töhfə olduğunu diqqətə çatdırıb.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, həmçinin, veteran jurnalistlərdən Əlövsət Bəşirli, Məzahir Süleymanzadə, Etibar Etibarlı və başqaları “Siz unudulmamısınız...” kitabının xarakterik xüsusiyyətlərindən söz açaraq bildiriblər ki, nəşr klassik mətbuatımızla müasir mediamız arasında körpüdür, jurnalistikamızın ictimai həyatımızdakı önəmini vurğulayan dəyərli nümunədir.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16

