Səbailli məktəblilər üçün Quba rayonunda yay düşərgəsi təşkil olunub
30.07.2015 [10:02]
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olduğundan cari ilin yay aylarında da bu istiqamətdə bir sıra tədbirlər keçirilib.
Bu tədbirlərdən biri Səbail rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlar Komandanlığının birgə layihəsi, “İstək” liseyinin iştirakı ilə artıq 10-cu dəfə təşkil edilən “Şahinlər” yay istirahət düşərgəsinin yaradılması olub. Rayon İcra Hakimiyyətində düşərgəyə yola salınacaq uşaqlar, onların valideynləri və bir sıra ictimai təşkilatların rəhbərləri ilə görüş keçirilib.
İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara və yeniyetmələrə diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb. O, həmçinin rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, genişmiqyaslı abadlıq, quruculuq tədbirləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.
Bildirilib ki, Quba şəhərindəki yay istirahət düşərgəsində uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və onlarla yanaşı, düşərgəyə təhkim olunmuş Daxili Qoşunların zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq, həmçinin burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcək.
İstirahət günlərində şagirdlər Qubanın görməli yerlərinə, tarixi guşələrinə baş çəkəcək, Daxili Qoşunların buradakı hərbi hissəsi ilə tanış olacaqlar.
Yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqustun 17-də Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

