Səkinə Paşayeva: Təkəlduz sənəti həyatımın bir hissəsidir
07.08.2015 [00:23]
Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi vardır. Elə bir azərbaycanlı ailəsi tapılmaz ki, evində ulu nənələrimizdən yadigar qalan, nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çıxan zərif tikmə nümunələrinə rast gəlinməsin. Azərbaycanda geniş yayılmış qədim xalq sənəti növlərindən biri də təkəlduzdur. Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin inkişafına da böyük təkan verib.
AZƏRTAC xəbər verir ki, hazırda Şəkidə dekorativ sənətin bu zərif növü ilə onlarla qadın məşğul olur. Səkinə Paşayeva da onlardan biridir. O, Şəkidə yaxşı tanınan təkəlduz ustalarındandır. Onunla “Sənətkarlar evi”ndəki emalatxanasında görüşdük. Bura, eyni zamanda, sənətkarın əl işlərinin sərgiləndiyi, satışının həyata keçirildiyi bir məkandır.
Səkinə xanım təkəlduz sənətindən əvvəl bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə maraq göstərib. Dediyinə görə, qızları vaxtilə Şəkinin çox məşhur təkəlduz ustası Möhtərəm xanımın qızı Səxavət müəllimədən bu sənətin sirlərini öyrənirmişlər. Bu sənətə maraq da elə həmin vaxtdan yaranıb. Səkinə xanım 20 ildən artıqdır ki, təkəlduz sənəti ilə yaxından məşğul olur. Bu işdə qızları Günel, Gülnar, gəlini Aygün onun ən yaxın köməkçiləridir.
Müsahibim deyir ki, təkəlduz XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə geniş yayılan sənət növlərindən biridir. Təkəlduz hərfi mənada “tək əllə düz” mənasını verir. Əvvəllər bu sənətlə kişilər də məşğul olurdular. Onlar uzaq səfərlərdə olarkən təkəlduzda həkk etdikləri işarələr vasitəsilə evlərinə xəbər göndərirmişlər.
Təkəlduz sənətinin çox incəlik tələb edən, eyni zamanda, xeyli vaxt aparan bir sənət növü olduğunu bildirən Səkinə xanım deyir: “Elə işlər var ki, 3-4 ay üzərində çalışmalı olursan. Kiçik ölçülü əl işləri isə 20 günə, bir aya əmələ gəlir. Məsələn, “Şəki xanlarının sarayı” əsəri üzərində 4 ay işləmişəm. Çox incə naxışlar vurmaq lazım gəlirdi. Mövzuları özüm axtarıb tapıram. Bəzi işlərimin mövzularını isə Şəki xanları sarayının divar rəsmlərindən götürmüşəm”.
Sənətkarın dediyinə görə, əl işlərinin qiyməti 20 manatdan 800-1000 manatadək dəyişir. Satışdan heç də narazı deyil. Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri əsasında hazırladığı əl işini 500 manata satmağa müvəffəq olub. Xaricilər daha çox buta naxışları ilə bəzədilən və çərçivəyə salınan kiçik ölçülü işlərə, qadınlar isə rəngbərəng saplarla bəzədilən balınc üzlərinə daha çox maraq göstərir, bu işləri həvəslə alırlar.
Səkinə xanım bu sənətə qəlbən bağlandığını bildirərək deyir: “Gözəl sənətdir, əziyyətimizə dəyir. Bu sənətə çox böyük marağım var, işimi sevirəm. Təkəlduz sənəti həyatımın bir hissəsidir. Onsuz yaşaya bilmərəm”.
Səkinə Paşayeva vaxtaşırı olaraq respublikamızın paytaxtında, eləcə də bölgələrdə təşkil olunan dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgilərdə iştirak edir. Dəfələrlə belə sərgilərin diplomlarına layiq görülüb. Onun əl işləri Türkiyə və Avstriyada təşkil olunan sərgilərdə də nümayiş etdirilib.
Şəkili sənətkar “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən yarışlar zamanı təşkil olunan xalq sənətkarlarının əl işlərindən ibarət sərgidə də iştirak edib. Onun Avropa Oyunlarının rəmzləri olan nar, ceyran, alov təsvirlərinin həkk olunduğu bədii tikmələri, araqçınlar xarici qonaqların böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

