Meşə yanğınlarına səbəb nədir: isti hava, yoxsa vətəndaş məsuliyyətsizliyi?
12.08.2015 [09:51]
İradə İbrahimova: İnsanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir
Son dövrlərdə, xüsusən, havaların isti keçməsi yay mövsümündə yanğınların daha çox meydana gəlməsinə şərait yaradır. Dünyanın müxtəlif ölkələrində baş verən yanğınlar nəticəsində yaşıllıqlara böyük ziyan dəyib. Meşələrin məhv olmasının əsas səbəblərindən biri onun xüsusən yay aylarında yanğınlara məruz qalmasıdır.
Ölkəmizdə də meşə yanğınlarının artması bu sahədə daha ciddi tədbirlərin görülməsini şərtləndirib. Mütəxəssislər isə bildirirlər ki, baş verən 10 yanğından 9-u ya odla ehtiyatsız davranmadan, ya da meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qeyd edilən bu və ya digər səbəblər üzündən bu il də yay mövsümü başlayandan respublikanın bir çox meşələrində yanğın hadisələri qeydə alınıb. Cəlilabadda, Qubada və Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Yeni Ağcakənd meşəbəyliyinin 8a saylı dolayında naməlum səbəblərdən yanğın hadisələri baş verib.
Yanğınlar zamanı meşə fonduna ciddi ziyan dəyməsə də quru ot və kol örtüyü yanıb. Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, meşə yanğınlarının hamısı operativ şəkildə söndürülüb.
Yeri gəlmişkən, havaların isti keçməsi ilə əlaqədar artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə, həmçinin, meşə fonduna yaxın sərhəd ərazilərdə yanğınların qarşısının alınması məqsədi ilə qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir. Meşələrin yanğın təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanıldığını deyən qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ETSN ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə tərtib etdiyi tədbirlər planına uyğun olaraq vaxtaşırı meşə mühafizə mühəndisləri, meşəbəyiləri və yanğın keşikçiləri üçün təlim-məşqlər keçirilir: “Yanğın təhlükəsi gözlənilən ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilib və əvvəlki illərdə çəkilmiş köhnə zolaqlar təmir edilib. Həmçinin, meşə yanğınlarına qarşı 79 hektar sahədə budama işləri aparılıb. Bundan əlavə, meşə mühafizəsi və bərpası müəssisələri texniki avadanlıqlarla təchiz olunub, növbətçiliklər təşkil edilib, ərazilərdə maarifləndirici lövhələr quraşdırılıb”.
Meşələrdə yanğınların başvermə səbəbinə gəlincə, İ.İbrahimova meşə yanğınlarının əsasən istirahətdə olarkən insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verdiyini bildirib. Onun sözlərinə görə, qalanmış tonqallar və meşəni tərk edərkən bunların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. O, həmçinin, söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılmasının, maşınların mühərrikindən çıxan qığılcımların da yanğın hadisələri törətdiyini söyləyib: “Birinci növbədə qeyd etmək lazımdır ki, tonqal yandırılarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç zaman nəzarətsiz qalmamalıdır. Ehtiyatda olan yanacaq məhlulu tonqaldan 3-5 metr aralıda saxlanılmalıdır. Əgər ehtiyac yoxdursa, çox hündür tonqal qalamaq lazım deyil. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, çox təhlükəlidir. Küləyin gücünə və istiqamətinə uyğun tonqal yandırmaq lazımdır. Çünki kənara sıçrayan qığılcımlar otun və yarpaqların alışmasına səbəb ola bilər. Tonqal heç bir halda ağacın altında (xüsusən də budaqları aşağı sallanan ağacların altında) yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də od qalamaq olmaz. Tonqal qalamaq üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır”.
Yanğınla mübarizədə ən effektiv metodun insanların bu sahədə maarifləndirilməsi olduğunu deyən İ.İbrahimova bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təbliğat-təşviqat, eləcə də, ictimai maarifləndirmə işlərinin aparıldığını bildirib: “Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu məqsədlə yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə edir. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer ayrılır. Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirirlər”.
İ.İbrahimova meşə yanğınlarının bütün yaşıllığı məhv etdiyini və ekologiyaya ciddi ziyan vurduğunu da bildirib. Onun sözlərinə görə, meşələrin məhvinə səbəb olan yanğınların qarşısını vaxtında almaq və onların yanğın təhlükəsizliyinin təmini üçün bir sıra tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir: “Meşə yanğınları ilə əlaqədar əhali bilməlidir ki, insanlar üçün meşə yanğınının təhlükəsi nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Bunları nəzərə alaraq meşə yanğınları zamanı birinci növbədə insanlar və kənd təsərrüfatı heyvanları təhlükəli zonadan çıxarılmalı, yanğının söndürülməsində təhlükəsizlik təmin edilməlidir. Bütün bunların baş verməməsi üçün meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etmək olduqca vacibdir”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55

