Akademik Kamal Abdullayevin Şamaxı məktəbində mühazirəsi maraqla qarşılanıb
16.09.2015 [10:09]
Multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrildiyi artıq danılmaz həqiqətdir. Bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda bütün dinlərin nümayəndələri yanaşı ibadət edir, birgə yaşamın ən gözəl nümunəsini sərgiləyirlər. Azərbaycan multikulturalizminin siyasi banisi olan Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi.
Bu siyasəti uğurla davam və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid sadəcə məhvə məhkumdur: “Dünya ölkələrinin əksəriyyəti multimədəni ölkələrdir. Bu ölkələrdə müxtəlif xalqların və müxtəlif dinlərin nümayəndələri əsrlər boyu yaşayırlar. Müxtəlif dinlərin nümayəndələri arasında dostluq və qardaşlıq münasibətləri bütün ölkələrin gələcək inkişafının əsasıdır”.
Həyata keçirdiyi maarifçilik layihələri ilə zamanın nəbzini tutan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 sentyabr - Bilik günü münasibətilə ölkəmizin bütün bölgələrində Azərbaycan multikulturalizminə həsr olunmuş mühazirələr təşkil edib. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Fondun “İlboyu Bilik” proqramı çərçivəsində Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə deyib. Mühazirədə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxı rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnisə Ələkbərova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova, rayon məktəbliləri və müəllimlər, yerli ziyalıların nümayəndələri iştirak ediblər.
Məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən akademik K.Abdullayev bildirib ki, çoxmədəniyyətlilik Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir. Multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu olduğunu deyən akademik bu kimi xüsusiyyətlərin Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredici olduğunu vurğulayıb. Azərbaycanda multikultural dəyərlərin tarixi köklərinə toxunan dövlət müşaviri “Kitabi-Dədə Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələrin uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut etdiyini bildirib.
“Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu”, - deyən akademik onu da əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.
Dövlət müşaviri Kamal Abdullayev məktəbliləri maraqlandıran sualları da ətraflı cavablandırıb, şagirdlərə kitablar hədiyyə edib.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Bilik günündə məktəblilərə dövlət müşaviri Kamal Abdullayevin mühazirə söyləməsini yüksək qiymətləndirərək onların inkişafında bu dərsin böyük rol oynayacağına əmin olduğunu deyib. Akademikin Şamaxıda artıq ikinci dəfə belə mühazirəsinin təşkil olunduğunu xatırladan İcra Hakimiyyətinin başçısı gənc nəslin hərtərəfli inkişafında Bilik Fondunun həyata keçirdiyi layihələrin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Sabir qəsəbə məktəbinin 10-cu sinif şagirdi Rauf Əhmədov: “Bu gün mən multikulturalizm haqqında çox böyük bilgilər əldə etdim. Bu mövzu məni çox maraqlandırır. İndi dərk etdim ki, həqiqətən də bizim ölkəmiz, vətənimiz dünyada nadir dövlətlər sırasındadır ki, orada müxtəlif dinlərə, millətlərə dərin hörmət qoyulur, ehtiram göstərilir. Mən Kamal müəllimin hədiyyə etdiyi kitabları da sevə-sevə oxuyacağam”.
Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbinin müəllimi Vəfa Vahidova: “Artıq ikinci ildir ki, məktəbimizdə ilk dərsimizi millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev aparır. Kamal müəllimin bizim şagirdlərimizə, müəllimlərimizə və yerli ziyalıların nümayəndələrinə mühazirə deməsini hər birimiz çox yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, məktəbimiz üçün olduqca böyük uğur, təhsilə və elmə yönəlmiş böyük bir stimuldur. Düşünürəm ki, bu gün şagirdlərimiz akademik Kamal Abdullayevdən həm maraqlı mühazirə dinlədilər, həm də onunla bir daha üzbəüz ünsiyyətdə oldular. Bu, onlar üçün böyük həyat dərsidir”.
Bilik günü münasibətilə Bilik Fondu ümumilikdə 150-dən çox təhsil ocağında - orta və ali məktəblərdə mühazirələr təşkil edib. Tanınmış ziyalılar - akademiklər, professorlar, diplomatik korpus nümayəndələri, media mənsubları məktəblilər, tələbələr və yerli sakinlərlə görüşüb, onlara Azərbaycanda multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər.
Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə maraqlı mühazirələr deyiblər.
Xəbər lenti
Hamısına baxİdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50

