UNEC-in gənc müəllimləri and içdi
07.11.2015 [10:18]
Noyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi keçirilib. Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, bu gün Azərbaycan təhsil sistemində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq UNEC-də Təhsil Nazirliyinin “Müəllimlərin etik davranış qaydaları”nın imzalanması mərasimi keçirilir.
Müəllimlərin and içməsinin düzgün qərar olduğunu vurğulayan rektor əlavə edib ki, müəllim Azərbaycan Respublikasının qanunları, öz vicdanı və tələbələri qarşısında məsuliyyət daşıyır. Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə yerinə yetirməyə borcludur. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Bu gün UNEC-in müəllimlər ailəsinə 16 gənc qəbul etdiklərini, deyən rektor bu gənclərin müəllimlik nümunəsi olmasını arzuladığını bildirib. Rektor həmçinin “UNEC-in arzuların universiteti olması üçün gənc müəllimlər çiyinlərinə ağır və şərəfli vəzifə götürürlər. Onların bu müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklərinə inanıram” deyib.
Ötən il UNEC-ə 121 gənc müəllimin cəlb edildiyini bildirən Ə.Muradov yeni tədris ilində bu rəqəmin 20-yə yaxın olduğunu vurğulayıb: “Bu gün UNEC-in ilk dəfə işə qəbul edilən 16 gənc müəllimi and içir və biz əminik ki, onlar peşəkar müəllim heyətimizin təcrübəsindən bəhrələnərək, qarşımıza qoyduğumuz hədəflərə çatmaqda əllərindən gələni edəcəklər”.
Təhsil naziri Mikayıl Cabbarovun and içən müəllimlərə təbrikini Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çatdırıb. O, bildirib ki, ölkədə ilk dəfə həyata keçirilən müəllimlərin işə başlayarkən and içməsinin UNEC-də baş tutması təsadüfi deyil. S.Gözəlov Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan universitetin bu gənc müəllimlər sayəsində dünya səviyyəli bir universitetə çevriləcəyinə inandığını bildirib. Müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
UNEC-in professoru Marifə Hacıyeva bu tədbirin müəllimə qarşı etimadın artmasında rol oynayacağını bildirib. Azərbaycanın ilk and içən gənc müəllimlərini təbrik edən M.Hacıyeva təklif edib ki, müəllimlərin and içməsi zamanla bütün müəllimlərə şamil edilsin.
Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Gənc müəllimlər dövlət bayragı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq, təntənəli surətdə and içib, andiçmənin yazılı mətnini imzalayıblar. Andiçmənin mətni müəllimin şəxsi imzası ilə onun şəxsi işində saxlanılacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

