“ADA” Universitetində “Arzularımız yarımçıq qalmasın...” videoçarxının təqdimatı olub
10.12.2015 [10:31]
“ADA” Universitetində yol hərəkəti təhlükəsizliyi mövzusunda hazırlanan “Arzularımız yarımçıq qalmasın...” videoçarxının təqdimat mərasimi keçirilib.
Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə təsadüf edən tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, universitetin professor, müəllim, rəhbər heyəti və tələbələri iştirak ediblər.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsindən AZƏRTAC-a bildiriblər ki, “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev tələbə layihəsinin əhəmiyyətini yüksək qiymətləndirərək cəmiyyətdə ictimai məsuliyyət hissinin əhəmiyyətindən və mövzunun aktuallığından danışıb. Vurğulanıb ki, insan öz həyat tərzini düşünərkən cəmiyyətin qanunlarına rəğbətlə yanaşmalı, məsuliyyətli olmalıdır ki, başqasının hüququ pozulmasın. Universitetdə ictimai məsuliyyət üzrə tələbələrə tədris olunan proqramın əsas məqsədinə toxunan Hafiz Paşayev gəncləri cəmiyyətin həyatında yaxından iştirak etməyə çağırıb.
Mövzuya dair təqdimatla çıxış edən layihənin ideya müəllifi, universitetin “Biznesin idarə edilməsi” fakültəsinin ikinci kurs tələbəsi Ülkər Kərimli bildirib ki, arzuların yarımçıq qalmaması, insan talelərinin hədər olmaması üçün cəmiyyət üzvlərinin ictimai təhlükəsizliyinə kölgə salan hallara qarşı hər kəs məsuliyyətli olmalı, ictimai qaydaya əməl etməlidir. Ülkər Kərimli diqqətə çatdırıb ki, ictimai məsuliyyət yaradan layihənin həyata keçirilməsində əsas məqsəd yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində hərəkət iştirakçılarının öz məsuliyyətini dərk etmələrindən ibarətdir.
Tədbirdə 200-dək tələbə arasında keçirilən sorğu, gənclərin yol-nəqliyyat hadisələri barədə məlumatları və davranışları barədə toplanan statistik nəticələr nümayiş olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tələbə təşəbbüsü ilə həyata keçirilən ideyanın mahiyyətini təhlil edərək yollarda yaranan vəziyyətin daha çox sürücü və piyada məsuliyyəti ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, əsas diqqət təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilib. Burada təkcə yol polisi yox, cəmiyyətin hər bir üzvü - hərəkət iştirakçısı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Polis polkovniki vurğulayıb ki, yollarda hadisələrin əksəriyyəti yüksək sürət, piyadaların avtomobillərlə vurulması, yol ayrıclarından keçmə, ötmə və manevr qaydalarının pozulması səbəbindən baş verir.
Universitetin aparat rəhbəri Şəfəq Mehrəliyeva diqqəti cəmiyyətdə ictimai məsuliyyətin dərinləşməsində tələbə ideyasının aktuallığına yönəldib. O bildirib ki, hər bir vətəndaş ictimai mövqeyindən asılı olmayaraq cəmiyyəti narahat edən hallara qarşı mübarizədə fəal olmalıdır.
Tədbirdə Ülkər Kərimlinin və onunla çalışan heyətin üzvlərinin - “İqtisadiyyat” və “Dövlət və ictimai münasibətlər” fakültələrinin tələbələri Ülvi Mütəllimov, Aydan Baxşəliyeva, Lalə Namazova, Mətanət Əkbərli, Sadıq Səlimzadənin layihənin işlənməsində səyləri yüksək qiymətləndirilib.
Vurğulanıb ki, istedadlı tələbələrin fəallığı ilə çəkilən ekran əsərinin dramaturji konsepsiyası insanların emosiyalarına toxunmaqla onlara daha məsuliyyətli yaşamağı aşılamaqdır.
Tədbirdə layihənin təşkili və hazırlanmasında göstərdiyi dəstəyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, “BakuBus” MMC və digər müvafiq qurumlara minnətdarlıq ifadə olunub.
Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

