Mətbuat nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasında və Ərzaq Anbarında olublar
03.03.2016 [10:08]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən əşya-əmlak, ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə hərbi hissə və obyektlərdə müxtəlif tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, martın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasında və Mərkəzi Ərzaq Anbarında yaradılan şəraitlə tanış olublar.
Qeyd edilib ki, belə bazalar cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir və müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir.
Əvvəlcə Mərkəzi Əşya Bazasındakı hamam-camaşırxana kombinatının fəaliyyəti ilə tanış olan KİV nümayəndələri burada yaradılan şəraitlə maraqlanıb və işçilərlə söhbət ediblər.
Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Münasib Babayev bildirib ki, burada hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşırxana xidməti təşkil edilir. Camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə də hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yenilənməsi istiqamətində müvafiq işlər görülür.
Sonra jurnalistlər Silahlı Qüvvələrin şəxsi heyətinin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxıblar. Hərbi qulluqçuların yay və qış mövsümü üçün alt və üst geyim formaları rahatlığı, keyfiyyəti ilə seçilir. Bundan əlavə, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək keyfiyyəti və davamlılığı ilə fərqlənir. Hərbi qulluqçuların yataq şəraitinin yaxşılaşdırılması məqsədilə köhnə əsgər çarpayıları müasir tipli bir və ikimərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə metal dolablarla əvəzlənməsi həyata keçirilir. İplik əl-üz dəsmalları xovlu olanlarla dəyişdirilir. Şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunub.
Media nümayəndələri əşya əmlakının müayinəsi və keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti ilə də tanış olublar. Qeyd edilib ki, dövlət standartları, normativ texniki, əsas şərtlər toplusu və digər rəhbəredici sənədlər əsas tutularaq laboratoriyada şəxsi heyət üçün tədarük olunan bütün növ əşya əmlakının fiziki və mexaniki göstəricilərinin sınağı aparılır.
Mərkəzi Ərzaq Anbarı haqqında ümumi məlumat əldə etdikdən sonra KİV nümayəndələri laboratoriyanın fəaliyyəti ilə maraqlanıblar. Laboratoriyada Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən qəbul edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının orqanoleptik, texniki, fiziki-kimyəvi, bakterioloji müayinəsi həyata keçirilir. Ərzaq məhsullarının qida üçün tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edilir.
Media nümayəndələri hər biri min tonluq quru ərzaq və tərəvəz məhsulları saxlancları, eləcə də tez xarab olan ərzaq, ət və balıq məsulları üçün soyuducu-saxlanclarda da olublar. Bildirilib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları təminatı gücləndirmək üçün hərbi hissələrə verilir.
Hərbi hissələrin yeməkxanalarında aşpazların və digər işçilərin mülki şəxslərlə əvəz olunması hazırlanan xörəklərin və görülən işlərin keyfiyyətinə müsbət təsirini göstərib. Hərbi hissələr yeməkxana-mətbəx avadanlığı, o cümlədən ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib. Hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb.
Məlumat verilib ki, stasionar şəraitdə yerləşən hərbi hissələrdən fərqli olaraq, relyefinə görə daşıma yolları çətin olan və yüksək dağ şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilir. Bir nəfər üçün bir porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları, 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm, qarışıq dolmalar və küftələr hazırlanıb. Bundan əlavə, içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün isə yay mövsümündə iki, qış mövsümündə bir litr qablaşdırılmış su verilir.
Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib.
Tanışlıqdan sonra media nümayəndələri üçün əsgər naharı təşkil olunub. Jurnalistlər hazırda əsgərlərin ərzaq payı normalarına daxil olan qida məhsullarının dadına baxıblar.
Martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə keçirilməsi planlaşdırılan “Açıq qapı günü”ndə də əsgərlərin valideynləri və yaxınları üçün hərbi qulluqçularımızın qida rasionuna daxil olan ərzaqdan nahar təşkil ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

