Bərdə məktəbliləri İsmayıllı-Qəbələ-Şəki bölgəsi ilə tanışlıq imkanı əldə ediblər
17.03.2016 [10:08]
Martın 16-da Bərdə rayonunun mərkəzi meydanında rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyada iştirak edən məktəbliləri İsmayıllı-Qəbələ-Şəki marşrutu istiqamətində yola salıblar.
AZƏRTAC xəbər verir ki, şagirdlər əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən dövlət qayğısından bəhs edib, belə layihələrin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Qrupun rəhbəri, Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-liseyin müəllimi Tamella Əliyeva AZƏRTAC-a müsahibəsində deyib: “Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrənmək məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəblilərin digər bölgələrə səyahətlərinin təşkil edilməsinin böyük əhəmiyyəti var. Bu səyahətlər zamanı onlar ölkəmizi daha yaxından tanıyır, dünyagörüşlərini zənginləşdirirlər. İnanıram ki, bu səfər şagirdlərin tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayacaq”.
Qaradəmirçi kənd tam orta məktəbin IX sinif şagirdi Fidan Nəsirli tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini deyib: “Yola düşdüyümüz bölgənin təbiəti, tarixi abidələri haqqında çox eşitmişəm. Xüsusən Lahıc qəsəbəsini, “Qəbələnd” istirahət mərkəzini, “Tufandağ” xizəkçilik kompleksini, Şəki Xan Sarayını görmək arzusunda idim. Arzuma çatdığım üçün çox sevinirəm”.
Bərdə şəhər inküliziv tam orta məktəbin IX sinif şagirdi Turan Eyvazlı fikirlərini belə ifadə edib: “Qədim Bərdə tarixi abidələrlə zəngindir. Şəhərimiz gündən-günə müasirləşir, gözəlləşir. Bilirəm ki, səfər edəcəyimiz İsmayıllı, Qəbələ və Şəki rayonları da öz gözəlliyi, qədim tarixi və abidələri ilə məşhurdur. Bizi qarşıda çox maraqlı səfər gözləyir. Bu şəraiti yaratdığına görə şagird dostlarım adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Mərasim başa çatdıqdan sonra 40 şagird onlar üçün ayrılmış avtobusla İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə yola çıxıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

