Almaniyada BANM ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
21.05.2016 [10:28]
Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Siyavuş Azakov Almaniyanın Berlin və Axen şəhərlərində səfərdə olub. Azərbaycandan olan nümayəndə heyəti öncə Almaniya və Azərbaycan Ticarət Palatası və Almaniyanın RENAC AG bərpaolunan enerji Akademiyasının birgə təşkil etdiyi tədbirlərdə iştirak edib.
Səfər zamanı iştirakçılar Berlindən 60 kilometr məsafədə yerləşən kiçik Feldheim kəndini ziyarət ediblər. Onlar külək enerjisinin əldə olunması üçün fəaliyyət göstərən stansiya (76 MW), bioqaz istehsalı üzrə qurğu, kənd təsərrüfatı istehsalı tullantılarından istiliyin alınması mərkəzi ilə tanış olublar. Həmçinin iştirakçıların Berlinin şərqində yerləşən “Elm şəhəri” adlandırılan Adlershof Texnoloji Parkına da səfərləri baş tutub.
Professor Siyavuş Azakov səfər çərçivəsində Almaniyanın Axen şəhərində yerləşən E.ON şirkətinin Axen Texniki Universitetinin nəzdində olan Enerji Tədqiqat Mərkəzində olub və orada BANM və Axen Universitetinin enerji tədqiqat mərkəzi arasında 2015-ci ilin aprel ayında bağlanan niyyət məktubu ilə nəzərdə tutulan əməkdaşlığın həyata keçirilməsi üçün gələcək addımları müzakirə edib. O, Enerji Tədqiqat Mərkəzinin beş institutundan biri olan Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutunun direktoru professor Kristof Klauzerlə də görüşüb.
Görüş zamanı BANM-də yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi, Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutunda aparılan tədqiqat və tədris prosesi, laboratoriyalar haqqında fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər arasında BANM və Tətbiqi Geofizika və Geotermal Enerji İnstitutu arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

