Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası regionda öz sahəsinin flaqmanıdır
10.09.2016 [11:38]
Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində regionda birinci olan Uşaq Klinikasının yaradılmasında Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və MOM-un baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır.
Hazırda Uşaq Klinikası regionda öz sahəsinin flaqmanıdır. Klinikada kompleks müalicənin bütün növləri yüksək səviyyədə icra edilir. Belə ki, burada kimya və şüa terapiyası, cərrahiyyə müalicəsi, immunoterapiya üsulları uğurla həyata keçirilir.
Uşaqlarda onkoloji xəstəliklərin müalicə prinsipləri böyüklərdən çox da fərqlənmir. Lakin uşaqların müalicəsinin özünəməxsus xüsusiyyətləri var. Uşaq onkoloji xəstəlikləri ilə mübarizə sanki gözəgörünməz düşmənlə döyüşü xatırladır. Bu, çox çətin və məsuliyyətli işdir. Bunun qalibiyyət və məğlubiyyətlərlə nəticələnən öz strateji taktikası var. Müalicə prosesi uzunmüddətli və ağır olduğundan xəstələrə fiziki və mənəvi əzab verir. Bu səbəbdən ölkəmizdə uşaq onkologiyası və hematologiyasının inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirilirməkdədir.
Uşaq Klinikasında ambulator və poliklinik, kimya və şüa terapiyası, cərrahiyyə, anesteziologiya-reanimatologiya şöbələri yaradılıb. Klinikanın həkimləri müxtəlif növ diaqnostik və müalicəvi prosedurlar icra edirlər. Burada lumbal, sümük iliyi punksiyası, regionar və blok intensiv kimya terapiyası kimi üsullardan istifadə olunur. Klinikanın mütəxəssisləri təhsillərini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Avstriya, ABŞ, Almaniya və Türkiyənin qabaqcıl tibb müəssisələrində alıblar. Klinikada müasir standartlara uyğun protokollarla terapiya aparılır və yaranmış fəsadlar professionallıqla aradan qaldırılır. Beynəlxalq təcrübələrdən, yeni texnoloji imkanlardan istifadə etməklə, həmçinin hər yaranmış vəziyyətə fərdi yanaşmaqla xəstə uşaqları sağaltmaq əsas məqsəddir.
MOM-un Uşaq Klinikası hazırda dövlət hesabına ən müasir tibbi avadanlıqlarla, gündəlik fəaliyyətdə tələb olunan bütün növ tibbi ləvazimatlarla və dərman preparatları ilə təmin edilib. Klinikanın həkimləri Milli Onkologiya Mərkəzinin bütün elmi şuralarında, seminar və konfranslarında, rayonlarda skrininq proqramlarında, həmçinin beynəlxalq simpozium və elmi konfranslarda fəal iştirak edirlər, xarici və yerli jurnallarda onkologiya mövzusunda elmi məqalələr dərc etdirirlər. 2007-ci ildə ilk dəfə Milli Onkologiya Mərkəzində “Uşaq onkologiyası” mövzusunda konfrans keçirilib. 2012-ci ildə “Pediatrik onkologiya” mövzusunda birinci Azərbaycan-Türkiyə simpoziumu, 2014-cü ildə Milli Onkologiya Mərkəzində “Uşaqlarda bədxassəli şişlərin diaqnostikası və müalicəsi” mövzusunda ikinci konfrans təşkil olunub.
MOM-un nəzdində Uşaq Klinikası yaradılana qədər azərbaycanlı uşaqlar müalicə üçün xarici ölkələrə üz tuturdularsa, bu gün onların xaricə getmələrinə heç bir ehtiyac yoxdur. Uşaq Klinikasında yaradılmış şərait bunu deməyə imkan verir.
Ölkəmizdə uşaq onkologiyası bu gün sürətlə inkişaf edir. Uşaqlarda bədxassəli xəstəliklərin müalicəsi nəinki onların həyatını ölümdən qurtarmaq, həmçinin onlara mükəmməl həyat bəxş etmək məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

