Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 600 balla tələbə adını qazanan qubadlılı gənc ilk dəfə səsvermə hüququndan istifadə edib

600 balla tələbə adını qazanan qubadlılı gənc ilk dəfə səsvermə hüququndan istifadə edib

27.09.2016 [10:01]

Qubadlı rayonundan olan məcburi köçkünlər sentyabrın 26-da ümumxalq səsverməsində (referendumda) iştirak etmək üçün Sumqayıtda yaradılan 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinə daxil olan 15 məntəqədə mütəşəkkil qaydada səs veriblər. Bu məntəqələr üzrə seçicilərin ümumi sayı 15782 nəfərdir.
AZƏRTAC xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 30 saylı seçki məntəqəsində işgüzar, eyni zamanda, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Belə ki, ilk dəfə seçki hüququndan istifadə edən Fidan Əmirovanın ad günü məhz sentyabrın 26-na təsadüf edib. Bu il 600 balla Xəzər Universitetinin tələbəsi adını qazanan gənc qürurlu görünürdü.
Məntəqə sədri Fidanı qarşılayaraq onu təbrik edib, layiqli vətəndaş olmağı arzulayıb. Sonra o, ilk dəfə səs vermək hüququndan istifadə edib.
F.Əmirova təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Seçkidə iştirak etmək hər birimizin vətəndaşlıq borcudur. Bu gün mən ilk dəfə bu hüququmdan istifadə etdim və buna görə çox şadam”.

Paylaş:
Baxılıb: 478 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31