UNEC magistratura pilləsində yeni standartların tətbiqinə başlayıb
14.10.2016 [10:14]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Yeni standartlara əsasən, UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq.
Yeni standartlarda hər bir fənnin kreditlərinin sayı Avropa Kredit Transfer Sisteminə uyğun, 6 AKTS olaraq müəyyənləşdirilib. Bu standartlarla təhsil alan magistrlər dünyanın bir çox qabaqcıl universitetlərinə beynəlxalq təqaüd və mübadilə proqramları ilə müraciət edə biləcək və tədris olunan fənlərin uyğunlaşdırılmasında heç bir maneə ilə rastlaşmayacaqlar.
Magistratura təhsil pilləsi üzrə tətbiq olunan yeni standartların əsas məqsədi tədqiqat yönümlü və elmi araşdırmalar apara bilən akademik kadr yetişdirməkdir. Bu məqsədlə təhsil proqramında nəzəri təlimə ayrılan həftə sayı 30-a endirilərək, magistr dissertasiyası və elmi tədqiqatlar üçün həftələr artırılır. Tələbə iki semestr - hər semestr 5 dərs olmaqla (bunlardan hər semestr 3 məcburi, 2 seçimli fənn) ümumilikdə 60 AKTS-lik tədris müddətini başa vurur.
3-cü semestrdə magistrlərə “Tədqiqatlar, kommunikasiya və innovasiya” fənni tədris edilir. Dərs zamanı magistr elmi rəhbər ilə birlikdə tədqiqatlar aparır, kommunitivlik bacarıqlarını, eyni zamanda, tələbə qiymətləndirmə metodlarını və dərslərdə akademik kadr olaraq iştirakı aktiv şəkildə öyrənir, elmi rəhbərlə bərabər, dərslərin tədrisində iştirak edir. 3-cü semestrin sonunda magistr dissertasiya işi ilə bağlı elmi rəhbərə hesabat verərək qiymətləndirilir.
4-cü semestrdə “Tədqiqat İşinin Aparılması” fənni tədris olunmaqla yanaşı, magistrlər elmi tədqiqat və elmi pedaqoji təcrübələrdə iştirak edir, dissertasiya işini hazırlayırlar. Fənnin tədrisinin ən əsas məqsədi magistrlərə elmi məqalə və məruzələrin hazırlanması, tədqiqat prosesinin aparılması, bu proses zamanı müasir proqram təminatı vasitələrindən və analiz metodlarından istifadənin öyrədilməsidir. Magistr dissertasiya işinin müdafiəsi ilə 120 AKTS-lik magistr təhsil proqramını tamamlayaraq məzun olur.
Magistr pilləsində akademik kadr, müasir, yüksəkkeyfiyyətli və beynəlxalq təcrübəli elmi tədqiqatçılar hazırlamaq üçün bütün ixtisaslar üzrə “Tədqiqat metodları” fənni məcburi dərs olaraq keçiləcək. Fənnin tədrisi beynəlxalq təhsil sisteminə inteqrasiyanı, müəllim-tələbə mübadiləsini də genişləndirəcək.
Standartlara uyğun olaraq müəyyənləşdirilən “Tədqiqat Metodları” və ixtisaslar üzrə müasir problemlər fənlərindən əlavə, digər fənlər “ali məktəb tərəfindən müəyyən edilən fənlər” blokuna daxil ediləcək. İxtisas və müvafiq ixtisaslaşmalar üzrə səriştələr (kompetensiyalar) və buna müvafiq fənlər isə ali təhsil müəssisələri tərəfindən müəyyənləşdiriləcək.
Yeni tədris proqramına əsasən, magistratura pilləsində məşğələ dərslərinin məsləhət saatları şəklində müzakirələrlə əvəz edilməsi, mühazirə və seminarların isə birləşdirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

