Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlaxda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib

Yevlaxda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib

04.11.2016 [10:01]

AFFA “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində Yevlax şəhərində tədbir keçirib. Tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin rəhbəri Rauf Əliyev bu layihə haqqında məlumat verib. R.Əliyev layihənin Azərbaycanda 2002-ci ildən həyata keçirildiyini bildirib. O deyib ki, tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi müvafiq Dövlət proqramlarına uyğun olaraq uşaq və yeniyetmələrin sağlam ruhda böyüməsi üçün lazımi tədbirlər görülür. Bu layihə də həyata keçirilən tədbirlərin bir hissəsidir”, - deyə R.Əliyev vurğulayıb.
Tədbirdə Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, Yevlax şəhər bələdiyyəsinin üzvü Teymur İsgəndərov, Yevlax rayon Uşaq və Gənclər İdman Məktəbinin direktoru Tofiq İsgəndərov, məşqçi və təlimatçılar iştirak ediblər.

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31