UNEC rektoru Parisdə keçirilən konfransda iştirak edib
12.11.2016 [01:03]
Noyabrın 9-10-da Parisdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun sədrliyi ilə Sosial Biznes Akademiyasının konfransı keçirilib. 30-dan çox ölkədən (ABŞ, İngiltərə, Yaponiya, Çin, İspaniya, Hindistan, Rusiya, Fransa, Almaniya, Banqladeş, Malayziya, Azərbaycan, İtaliya və s.) 300-dən çox nümayəndənin qatıldığı konfransda Nobel mükafatı laureatı M.Yunusun dəvəti ilə UNEC-in rektoru, professor Ədalət Muradov da iştirak edib.
Konfransda sosial biznesin müxtəlif aspektləri, o cümlədən özəllikləri, üstünlükləri, ənənəvi biznesdən fərqləri, təşkilinin xüsusiyyətləri müzakirə edilib. Kaliforniya (ABŞ), LaTrobe (Avstraliya), Renmin (Çin), Kyuşu (Yaponiya), UNEC (Azərbaycan), Technology Petronaş (Malayziya), Kasertsard (Tailand) universitetlərində, Beyker (ABŞ), Kings Kolleclərində, Oksford Maliyyə və Sosial Biznes Məktəbində (Böyük Britaniya), EADA Biznes Məktəbində (İspaniya) yaradılan Sosial Biznes mərkəzlərinin fəaliyyəti barədə geniş məlumat təqdim edilib.
Konfransda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov İqtisad Universiteti haqqında ətraflı məlumat verib. UNEC-də yeni yaradılan Sosial Biznes Mərkəzinin gələcək fəaliyyət planı barədə təkliflər irəli sürüb. M.Yunus UNEC-də sosial biznes kitabxanasının yaradılması, digər ölkələrdə fəaliyyət göstərən Sosial Biznes mərkəzləri ilə birgə konsorsium yaratmaqla tədqiqatlar aparmaq və birlikdə layihələr reallaşdırmaq təkliflərini yüksək qiymətləndirib.
Daha sonra UNEC-in rektoru, professor Ədalət Muradov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin M.Yunus ilə görüşü baş tutub.
Görüşdə Ə.Muradov UNEC-də sosial bizneslə bağlı tədqiqatların M.Yunusun rəhbərlik etdiyi Yunus Sosial Biznes Mərkəzi ilə birgə reallaşdırılmasının faydalı olacağını bildirib. Eləcə də M.Yunusun UNEC-in bir neçə doktorantına elmi rəhbərlik etməsi təklif olunub. Eyni zamanda, M.Yunusun UNEC-də ingilis dilində nəşr olunan “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının fəxri redaktoru olması müzakirə edilib. Həmçinin Nobel mükafatı laureatının həmin jurnala məqalə təqdim etməsi təklifi irəli sürülüb. Professor M.Yunus təklifi müsbət qarşılayaraq, ən qısa zamanda jurnala məqalə təqdim edəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxElm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53

