/ / Azərbaycan Yazıçılar Birliyində Əmir Qutun və Arye Qutun birgə müəllifi olduğu “Ağrı” kitabının imza günü keçirilib
Azərbaycan Yazıçılar Birliyində Əmir Qutun və Arye Qutun birgə müəllifi olduğu “Ağrı” kitabının imza günü keçirilib
17.11.2016 [09:55]
Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Əmir Qutun və Arye Qutun birgə müəllifi olduqları “Ağrı” kitabının imza günü keçirilib. Qeyd edək ki, İsrailin Təl-Əviv şəhərinin “Medial” nəşriyyatında rus dilində nəşr olunmuş “Ağrı” (Bolğ) romanının elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyevadır.
Tədbirdə çıxış edən kitabın həmmüəllifi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bildirib ki, əsərdə 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur: “Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub. O hələ uşaq ikən erməni faşistləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb. Bu qanlı faciədən iyirmi ildən çox keçdiyinə baxmayaraq, həmin hadisələr sanki möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”.
Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva çıxışında bu əsərin Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması baxımından əhəmiyyətli olduğunu qeyd edib. “Bu faciədə günahkar kimdir? Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı qanlı qırğın törətmiş terrorçular nə üçün cəzasız qalıblar? Heç bir təqsiri olmayan dinc sakinlər nə üçün soyqırımına məruz qalıblar? Böyük maraqla və həyəcanla oxunan bu romanı oxumaqla bütün bu suallara cavab tapmaq olar”, - deyə M.Əliyeva vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu kitab Qarabağ həqiqətləri haqqında yazılan əsərlər arasında özünəməxsus yer tutur. Kitabın İsraildə nəşr olunmasının əhəmiyyətini vurğulayan A.Mirzəzadə bu dövlətin Azərbaycana dost olduğunu və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Millət vəkilləri ermənilərin öz yalanlarını İsraildə təbliğ edə bilmədiyini diqqətə çatdırıb.
Millət vəkili Elman Nəsirov isə çıxışında bu əsərdə bədiiliklə tarixiliyin vəhdət təşkil etdiyini vurğulayıb. Kitabın müəlliflərinin Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində fəal çalışdıqlarını deyən millət vəkili bu işdə onlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu kitabda Qarabağ həqiqətlərinin geniş əks olunduğunu bildirib. Yəhudi xalqının alman faşistləri tərəfindən soyqırımına məruz qaldığını xatırladan Hikmət Babaoğlu bu problemin həmin əsərdə də obyektiv işıqlandırıldığını diqqətə çatdırıb: “Çünki əsərin müəllifləri məhz soyqırımına məruz qalmış bir xalqın nümayəndələridir. Ona görə də soyqırımı həqiqətləri bu əsərdə daha dərindən hiss olunur. İkinci Dünya müharibəsində yəhudilər alman faşistləri tərəfindən soyqırımına məruz qaldığı kimi 1992-ci ilin fevral ayında da azərbaycanlılar Xocalı şəhərində erməni faşistləri tərəfindən soyqırımına məruz qalıblar. Bu faciələr hər iki xalqı birləşdirən amillərdən biridir. Bu gün əslən Azərbaycandan olan yəhudilər də Azərbaycan və İsrail arasında münasibətlərin inkişafında körpü rolunu oynayırlar”.
Bakıdakı Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanda tarixən yəhudi icmasına göstərilən yüksək hörmət və diqqətdən danışıb. O bildirib ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir-birinin yanında olub və bu, bu gün də davam edir. Azərbaycanda “Multikulturalizm ili”nin elan edilməsinin bütün dünyaya çağırış olduğunu deyən M.Yevdayev yəhudi dini icmasına göstərilən diqqət və qayğı siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qarabağ probleminin ortaq faciəmiz olduğunu deyən M.Yevdayev torpaqlarımız uğrunda mübarizədə Azərbaycanda yaşayan yəhudilərin də şəhid verdiyini xatırladıb. O, Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyinə inandığını bildirib.
Tədbirdə həmçinin “Qarabağ” Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və başqaları çıxış edərək əsərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, israilli müəlliflər Əmir və Arye Qut bədii-sənədli “Ağrı” romanında həqiqət axtarışında Azərbaycan şəhərində törədilmiş dəhşətli kütləvi qırğın barədə söhbət açıblar. “Ağrı” romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtırlar.
İsrailli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya - öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq edirlər.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

