Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Təhsildə İKT və informasiya mədəniyyəti” metodik vəsaiti çapdan çıxıb

“Təhsildə İKT və informasiya mədəniyyəti” metodik vəsaiti çapdan çıxıb

24.11.2016 [10:03]

Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, Əməkdar Müəllim Almaz Həsrətin “Təhsildə İKT və informasiya mədəniyyəti” adlı metodik vəsaiti çapdan çıxıb. İnstitutun elmi şurasının qərarı ilə çap edilmiş vəsait bütün kateqoriyalardan olan təhsil işçiləri üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, vəsaitdə informasiya-kommunikasiya texnologiyaları (İKT) və informasiya mədəniyyətinin formalaşması məsələləri geniş izah edilib. Burada online mühitin sakinlərinin - netizenlərin davranış qaydaları, yəni netiket məsələləri də ayrıca təqdim olunur. Bundan başqa, nəşrdə sosial şəbəkələr və onların həyatımızda rolu, təhsil prosesində bu imkanlardan istifadəyə də geniş yer verilir.
Həmçinin təhsil prosesində İKT-dən istifadə yolu ilə şagirdlərin informasiya mədəniyyətinin formalaşdırılması təhlil edilir, online xidmətlərlə bağlı lazımi bilgilər təqdim olunur.
Vəsaitdə İKT-dən istifadə etməklə qurulan dərs nümunəsi-layihəsi də oxucuların istifadəsinə verilir. Burada müəllim və şagirdlərin, tələbələrin istifadə edə biləcəkləri online resurslar haqqında məlumat da təqdim edilir.

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31