“Milli-mənəvi dəyərlər və KİV” mövzusunda seminar jurnalistlərin dini biliklərini artıracaq
26.11.2016 [09:39]
Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə layihəsi əsasında təşkil edilən “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda iki həftəlik seminarın açılışı olub.
AZƏRTAC xəbər verir ki, jurnalistlər üçün təşkil edilən seminarın açılışından əvvəl QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov və din xadimləri jurnalistlərlə görüşüblər.
Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda indiyədək jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməyib. “Əlbəttə, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfədir ki, baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu seminarın da məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”, - deyə şeyxülislam bildirib. QMİ sədri jurnalistlər üçün “Şeyxülislam” mükafatının da təsis olunacağını vurğulayıb. Əlavə edib ki, bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, əslində din və dövlət həmişə bir yerdə olub. Azərbaycanda bütün dinlərə bərabər şəkildə dəstək göstərilib və göstərilir. O bildirib ki, vaxtilə başqa ölkələrə demokratiya və digər adlar altında təsir göstərməyə çalışanlar indi də din pərdəsi altında təsir göstərməyə çalışırlar. Ona görə də jurnalistlər bu məsələdən yazarkən hər şeyi ölçüb-biçərək yazmalıdırlar, dini təbliğat məsələsində daha fəal olmalıdırlar.
Mübariz Qurbanlı deyib ki, bu seminar Azərbaycanın mətbuat tarixində böyük yenilikdir. Mətbuat nümayəndələri üçün ayrılıqda bir sahə üzrə kursun təşkil olunması, həmin sahəyə aid mütəxəssislərin iştirakı seminarın əhəmiyyətindən xəbər verir. Bu ideyanın müəllifi şeyxülislam Allahşükür Paşazadədir. Layihənin məqsədi dini mövzuda yazan, eyni zamanda, dinlə əlaqədar mövzularda bu və ya digər məsələlərə aydınlıq gətirmək istəyən jurnalistlərlə bir araya gəlmək və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmaqdır.
Əflatun Amaşov qeyd edib ki, seminar dini məsələlərdən yazan jurnalistlərə çox böyük kömək olacaq. Bu seminar sayəsində jurnalistlərin dinlə bağlı kifayət qədər geniş təsəvvürü olacaq və onlar müəyyən biliklər əldə edəcəklər.
Sonra müvafiq mövzuda müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

