Gəncə sahibkarları vergi qanunvericiliyinə edilmiş dəyişikliklər barədə məlumatlandırılıb
31.01.2017 [09:37]
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixində imzalanmış və 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunların, habelə vergi inzibatçılığında aparılmış dəyişikliklərin mahiyyətinin bölgələrdə fəaliyyət göstərən iş adamlarına çatdırılması məqsədilə Vergilər Nazirliyi vergi ödəyiciləri ilə silsilə görüşlər keçirir.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu qəbildən olan növbəti görüşlər yanvarın 27-də Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən vergi ödəyiciləri ilə, yanvarın 28-də isə Gəncə şəhərində 12 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Gəncə və Naftalan şəhərləri, Goranboy, Samux, Göygöl, Daşkəsən rayonlarında fəaliyyət göstərən, həmçinin Kəlbəcər rayonundan olan sahibkarlarla keçirilib. Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların qanuni hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, dürüst və şəffaf vergi uçotunun qurulmasına xidmət edir.
Qeyd olunub ki, ölkə başçısının təşəbbüsü ilə qəbul edilmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradır.
Görüşdə çıxış edən Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamələri və hesabat formaları, vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, uçot sisteminin şəffaflaşdırılması və s. barədə ətraflı izahatlar veriblər.
Tədbirdə vergi ödəyicilərinin pərakəndə ticarətdə uçot sistemi ilə bağlı müəyyən edilmiş tələblər, elektron qaimə-fakturaların tətbiqi, sabit vergi və könüllü vergi açıqlaması sistemlərinin mahiyyəti, nağd ödəmələrə qoyulmuş limitlər, ödəmə mənbəyində tutulan vergilər və s. kimi məsələlərlə bağlı çoxsaylı suallar cavablandırılıb.
Görüşdə çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, son iki həftə ərzində Ərazi Vergilər departamentlərinin və idarələrinin əhatə dairəsinə daxil olan 54 rayonda fəaliyyət göstərən yerli sahibkarlarla görüşlər keçirilib. Görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 3000-dən çox sahibkar iştirak edib. Bununla yanaşı, bütün yerli vergi orqanlarının əməkdaşları üçün seminar-müşavirələr keçirilib, vergi qanunvericiliyində və vergi inzibatçılığında aparılmış dəyişikliklərin onlar tərəfindən necə mənimsənildiyi yoxlanılıb.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

