Milli Məclis sədrinin müavini Bahar Muradova cəbhə bölgəsində sakinlər və hərbçilərlə görüşüb
28.02.2017 [09:29]
Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova son günlərdə cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı fevralın 27-də Füzuli rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşərək, son günlərdə cəbhə xəttində yaranmış vəziyyətlə bağlı məlumat alıb.
Milli Məclis sədrinin müavini və Füzuli rayon İcra Hakimiyyətinin başçısı rayonun təmas xəttində yerləşən Qazaxlar kəndində sakinlərlə görüşüb, onların vəziyyəti ilə maraqlanıblar. Bahar Muradova seçiciləri qarşısında çıxış edərək, onları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar strategiyasının və postneft dövründə reallaşdırılan yeni iqtisadi modelin mahiyyəti barədə məlumatlandırıb.
Bahar Muradova sakinləri son günlər cəbhədə baş verən hadisələrlə bağlı yayılan və əsası olmayan şayiələrə uymamağa çağırıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, Azərbaycan Ordusunun günbəgün artan qüdrəti və xalqın inamı sayəsində zəfər gününün uzaqda olmadığına əminliyini ifadə edib.
Kənd sakinləri bildiriblər ki, Ermənistan silahlı birləşmələrinin atəşkəsi mütəmadi pozmasına, cəbhədə törətdikləri təxribatlara baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna güvənərək, gündəlik məişət və təsərrüfat işləri ilə məşğuldurlar. Sakinlər dövlətimizin başçısının islahatlar kursunu dəstəklədiklərini vurğulayaraq, bütün sahələrə, xüsusən qaçqın və məcburi köçkünlərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gələn Milli Məclis sədrinin müavini Prezident İlham Əliyevin Sərəncamı ilə burada həyata keçirilən tikinti işləri ilə tanış olub, 23 il əvvəl kənd işğaldan azad edildikdən sonra yenidən doğma yurda qayıdaraq burada yaşamaqda davam edən Həziyevlər ailəsinə baş çəkib. Bahar Muradova 83 yaşlı Minarə nənə və ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edərək, onların Vətənə, elə bağlılığını böyük mətanət və şücaət nümunəsi adlandırıb.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
N saylı hərbi hissədə olan Bahar Muradova əsgər və zabitlər qarşısında çıxış edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən danışıb.
Hərbi hissənin komandiri şəxsi heyətin düşmənin bütün təxribatlarına layiqli cavab verməyə, işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın əmri ilə istənilən an azad etməyə hazır olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

