Aprel döyüşləri zamanı şəhid olmuş hərbçilərin xatirəsinə hörmət və ehtiramın ifadəsi
04.04.2017 [09:05]
Aprelin 3-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunun Bala Bəhmənli kəndində Azərbaycan Ordusunun zabiti, aprel döyüşləri zamanı şəhid olmuş Elnur Əliyevin il mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri mərasimdə Əli Həsənov Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı təşvişə salmasından danışıb. Diqqətə çatdırılıb ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut edib. Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vurmağa hazırdır.
Əli Həsənov vurğulayıb ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışıb, buna görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Daha sonra Biləsuvarda 2 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl rayon sakini, məcburi köçkün, müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarı ziyarət olunub.
Qəbiristanlıq ərazisində cəbrayıllı məcburi köçkünlərlə görüşən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə rəsmi şəxslər aprel şəhidlərinin il mərasimlərində iştirak edirlər. Bu, Ali Baş Komandanın aprel şəhidlərinin xatirəsinə yüksək ehtiramından xəbər verir. Əli Həsənov qeyd edib ki, ötən ilin aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu qələbə ordu ilə xalqın birliyini əyani şəkildə sübut etdi.
Baş nazirin müavini Cocuq Mərcanlıda dövlətimizin başçısının sərəncamlarına əsasən aparılan tikinti işlərindən danışaraq deyib ki, bu rayondan olan məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkün ailələrinə, həmçinin şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.
Məcburi köçkünlər bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, dövlətimizin başçısı tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını bildiriblər.
Sonra Baş nazirin müavini, hərbçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin yaşadığı evdə keçirilən il mərasimində iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

