Nəsimi rayonunda 2017-ci ilin birinci rübündə görülən işlər müzakirə olunub
15.04.2017 [10:27]
Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi hissəsində yerləşən Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə reallaşdırılmasında uğurlar qazanılıb. İlin əvvəlindən rayonun sosial-iqtisadi həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli üstün olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Nəsimi rayonunda 2017-ci ilin I rübünün yekunlarının müzakirəsi zamanı bildirilib.
Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədi ilə Nəsimi Rayon İcra Hakimiyyətində (RİH) xüsusi qərargah yaradılıb. Novruz bayramı ərəfəsində istifadəyə verilən Loqistika mərkəzinin-Yaşıl marketin gələcəkdə tam gücü ilə işləməsi üçün 1000 nəfərdən çox insanın işə cəlb olunması nəzərdə tutulur.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işlər aparır.
Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılması sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır. 30-dan çox təklif müzakirə edilib, müəyyən edilmiş ünvanlar üzrə 17 layihə razılaşdırılıb, 3 layihə üzrə ərazilər boşaldılaraq söküntü işlərinə başlanılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və qarşıya qoyulan vəzifələrlə bağlı Nəsimi rayonunda bir sıra tədbirlər görülür. Nəsimi RİH-in təşəbbüsü ilə rayonun ən böyük müəssisələrindən biri olan “Bakı Tikiş Evi” SC-də məcburi köçkünlərin işlə təmin olunması üçün yeni iş yerlərinin açılması istiqamətində müəyyən işlər görülür. Hazırda müəssisədə 150-ə yaxın məcburi köçkün işlə təmin olunub. Gələcəkdə də yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir.
Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, 2017-ci il fevralın 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanılıb və hazırda uğurla davam etməkdədir. Rayonda 45 mindən çox sakin pulsuz tibbi müayinədən keçib.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Ziyad Səmədzadə və Asim Mollazadə hesabat yığıncağında iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

