“Newtimes.az”ın 5 yaşı: məsuliyyətli və şərəfli yol ilə
15.04.2017 [10:31]
Müasir cəmiyyətlərdə medianın çox ciddi rol oynadığı məlumdur. Beş il əvvəl “Newtimes.az”ı yaradanlar bunu gözəl dərk edirdilər. İndi qət edilən yola baxdıqda ölkənin elektron nəşr aləminə fərqli nəfəsli bir portalın daxil olduğunu görürük. Analitik portalın kollektivi oxucuya müxtəlif sahələri əhatə edən və aktuallıq daşıyan mövzuları təqdim edib. Onları birləşdirən ümumi cəhətlər hansılardır? Portal fəaliyyətini hansı istiqamətlərdə qurub və davamını necə görür? Bu suallara cavabla bağlı fikirlərimizi dəyərli oxucularımızla bölüşməyi uyğun bildik.
Beş il bundan əvvəl Azərbaycan KİV-ləri sırasına “Newtimes.az” adlı portal daxil olanda çoxları bunu sıradan bir hadisə kimi qəbul etdi. Nəşrin yaradıcıları isə çox geniş, əhatəli, təsirli, obyektiv xarakterli və dövlətçiliyə xidmət edəcək mövzuları analiz etməyi qarşıya məqsəd qoymuşdular. Onlar bununla Azərbaycan KİV-lərində dünya mediasında öz işığı olan bir “ailə” yaratmaq istəyirdilər. Bu gün keçilən yola baxarkən portalın yaradıcılarını ürəkdən təbrik etmək olar. Çünki görülən işlər həm dövlətçiliyə, həm jurnalist etikasına, həm də söz azadlığının inkişafına ciddi töhfələrdir.
“Newtimes.az” analitik məzmunlu məqalələr dərc edir. Onlar qlobal, regional və ölkədaxili mühit üçün aktual olan problemlərə həsr edilib. Başlanğıcdan məqsəd geosiyasət, iqtisadiyyat, siyasət, mədəniyyət, təhlükəsizlik və digər mühüm sferaların ən əhəmiyyətli problemlərinin təhlilinə üstünlük vermək idi. Beş il ərzində portal bu istiqamətə tam sadiq olub. Mövzuların işlənməsində Azərbaycan dövlətçiliyi, cəmiyyət, milli inkişafın, demokratik quruculuğun bərqərar olması xüsusi yer tutub. Burada istiqamətverici rolu isə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi vətənpərvərlik, azərbaycançılıq və bəşəriliyin sintezini ifadə edən siyasi xətt oynayıb, indi də oynamaqdadır. Portal bu vəzifənin öhdəsindən gəlmək üçün daim Prezident İlham Əliyevin KİV-lərə ünvanladığı tövsiyələri, göstərişləri və tapşırıqlarını diqqətə alıb. Cənab Prezidentin obyektivliyi, dərin analiz imkanları, müstəqil dövlətçiliyə, Ulu öndərin dövlət quruculuğu kursuna sonsuz sədaqəti portalın kollektivinin mayakı olub. Məhz bu cür ciddi və dəyişməz mövqeyə görə “Newtimes.az” həm ölkə mediasında, həm də dünyanın analoji nəşrləri sırasında layiqli yerini tutub.
Onun irəli sürdüyü tezislər, gəldiyi qənaətlər, verdiyi proqnozların əksəriyyəti özünü təsdiq edib. Məsələn, qlobal səviyyədə geosiyasi dinamikanın mürəkkəbləşəcəyi barədə keçən ilin əvvəlində verilən proqnoz indi öz təsdiqini tapır. Dünyanın qlobal nizamının yeniləşməsinin əsas parametrlərinin təkamül dinamikası barədə irəli sürülən tezislər özünü doğrultmaqdadır. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər əsasında aparılan təhlillərdən əldə edilən qənaətlərin düzgünlüyü aydın olur. Portalda dərc edilən məqalələrdə Azərbaycanın beynəlxalq imicinin durmadan yüksələcəyi, islahatların daha təkmil formada davam etdiriləcəyi, ölkəmizin regionun lider dövləti kimi mövqeyinin daha da möhkəmlənəcəyi ilə bağlı proqnozlar verilmişdi. Beş il müddətində bu proqnoz özünü tam doğruldub.
Regional miqyasda gedən proseslərə həsr edilən məqalələrdə Azərbaycanın sülhsevər siyasətinin yeni məzmun kəsb edəcəyi öncədən ifadə edilmişdi. Bu tezis öz təsdiqini ölkə başçısının yeni regional əməkdaşlıq formatını təklif etməsində, onların artıq səmərə verməsində, yeni enerji layihələrinin (TAP, TANAP, Cənub Qaz Dəhlizi) reallaşmasında, nəqliyyat dəhlizlərinin işə salınmasında tam olaraq tapıb. Son 5 ildə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqda yeni strategiya üzrə hərəkət edəcəyi fikri də məqalələrdə xüsusi vurğulanıb. Müəlliflər bu tezisi Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış yeni strateji əməkdaşlıq kursunun geosiyasi-nəzəri təhlili əsasında irəli sürmüşdü. Nəhayət, 2016-cı ilin sonuna yaxın Avropa İttifaqı da bu reallığı qəbul etməli oldu.
Portal daim ölkədaxili mühit üçün aktual olan və dövlətçilik, demokratiya, vətəndaş cəmiyyətinin mühüm aspektlərini əks etdirən mövzuların işlənməsinə xüsusi yer verib. Beş il müddətində daim ölkə rəhbərliyinin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən islahatların məzmunu və məqsədi barədə təhlili yazılar dərc olunub. Onlarda dövlət başçısının siyasi kursunun çox müxtəlif cəhətləri obyektivliklə və müasir elmi yanaşma əsasında analiz edilib, uyğun qənaətlər əldə edilib, proqnozlar verilib. Bu istiqamət indi də portal üçün prioritet sayılır.
Təbii ki, “Newtimes.az” kimi dövlətçi mövqeyi olan bir portal Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr edilən yazılara da böyük önəm verib. Bu problemlə bağlı meydana gələn hər bir əhəmiyyətli fakta, siyasi hadisəyə, hərbi vəziyyətə dərhal reaksiya verilib. Onların geniş təhlili aparılıb, Ermənistanın təcavüzkar siyasətinin məqamları oxucuya inandırıcı surətdə çatdırılıb. Münaqişə ilə bağlı Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyəti və məzmunu dərindən təhlil edilib.
Yuxarıda vurğulanan məqamlar portalı ölkə və dünya KİV-ləri üçün kifayət qədər cəlbedici edib. Təsadüfi deyil ki, həm Azərbaycan, həm dünya mediası “Newtimes.az”da nəşr olunmuş məqalələrə mütəmadi olaraq müraciət edib, onları öz səhifələrində təkrar çap ediblər.
Portalın kollektivi seçdiyi yolda əminliklə irəliləmək, dövlətçiliyə xidməti davam etdirmək, aktual hesab etdiyi mövzuları işləmək, sıralarına yeni yazarlar daxil etmək əzmindədir. Nəşrin qapısı obyektiv, dərin, savadlı və müasir elmi tələblərə cavab verən yazı əmələ gətirə bilən bütün ekspert və analitiklərin üzünə açıqdır.
Cahangir Məmmədli
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

