Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlər gənclərlə görüşüblər

Aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlər gənclərlə görüşüblər

19.04.2017 [09:56]

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərin gənclər təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib. Görüşü Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev aprel döyüşlərinin önəmindən danışıb, bu qələbənin Azərbaycan əsgərində, eləcə də xalqımızda, gənclərdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.
Fərhad Hacıyev fondun fəaliyyət göstərdiyi 5 ildə vətənpərvərlik haqqında 463 layihəni maliyyələşdirildiyini bildirib, həmçinin qurumun cari və gələcək fəaliyyətində vətənpərvərlik mövzusunda layihələrə xüsusi önəm veriləcəyini deyib.
Sonra aprel döyüşlərinin iştirakçıları - polkovnik-leytenant Vüqar Abduləzimov, polkovnik-leytenant Xəqani Cəfərov, polkovnik-leytenant Elmar Zeynalabdinov və leytenant Səbuhi Mehdizadə Azərbaycan Ordusunun aprel zəfərindən danışıb, gənclərin çoxsaylı suallarını cavablandırıblar.
Zabitlər düşmənin Azərbaycan əsgərinin qarşısında durmaq gücündə olmadığını, aprel döyüşlərinin də bunu sübut etdiyini deyiblər. Bildirilib ki, aprel döyüşlərində erməni əsgərlərinin silahlarını ataraq qaçmaları bunu bir daha göstərdi. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Ordumuzun həm şəxsi heyətinin döyüş hazırlığı, həm ruh-yüksəkliyi, həm də hərbi-texniki təchizatı yüksək səviyyədədir. Silahlı Qüvvələrimiz ən müasir silahlarla təchiz olunur. Aprel döyüşlərində onların yalnız kiçik bir qismindən istifadə edildi. Əgər düşmən torpaqlarımızdan öz xoşuna çıxmasa, Azərbaycan əsgəri ona daha neçə-neçə aprel məğlubiyyəti yaşadacaq.
Qeyd olunub ki, ötən ilin aprelində erməni təxribatının qarşısını qəhrəmanlıqla alan silahlı qüvvələrimiz əks-hücuma keçərək minlərlə hektar Azərbaycan torpağını, bir neçə strateji yüksəkliyi, o cümlədən Talış və Lələtəpəni düşmən tapdağından azad ediblər. Talış yüksəkliyinin azad olunması nəticəsində Goranboyun Tapqaraqoyunlu kəndinə təhlükə yaradan düşmən təxribatlarının qarşısı alınmış oldu.
Qəhrəman zabitlər bildiriblər ki, ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində digər strateji yüksəkliyin - Lələtəpənin düşməndən azad edilməsi Cəbrayıl rayonunun işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Qeyd olunub ki, Azərbaycan əsgəri qələbə ruhuna köklənib, mənfur düşməni torpaqlarımızdan qovub-çıxarmaq əzmindədir və bunun üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.
Görüşdə aprel döyüşlərinə həsr olunmuş film nümayiş olunub.

Paylaş:
Baxılıb: 554 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31