/ / Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ankarada və Belqradda səfərdə olub
Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ankarada və Belqradda səfərdə olub
03.05.2017 [08:45]
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın dəvəti ilə Məhkəmənin 55 illiyi ilə əlaqədar Ankarada keçirilmiş rəsmi tədbirlərdə iştirak etmək üçün aprelin 24-dən 27-dək qardaş ölkədə səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Konstitusiya məhkəmələri əsas hüquqların müdafiəçisi kimi” mövzusunda təşkil edilmiş Beynəlxalq simpoziumun açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, qardaş ölkənin məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Bundan başqa, Avropa, Asiya, Afrika və Cənubi Amerikanın bir sıra ölkələrinin Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri də mötəbər tədbirə xarici qonaq qismində qatılıblar.
Tədbirin rəsmi açılışında Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 55 illik fəaliyyət dövründə qəbul etdiyi mühüm qərarları təhlil olunub, Məhkəmənin qanunvericiliyin və məhkəmə-hüquq təcrübəsinin inkişafındakı rolu barədə ətraflı çıxışlar edilib.
Konfransın praktiki işində tədbirdə iştirak edən Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri təmsil etdikləri ölkələrin Konstitusiya məhkəmələrinin konstitusiya hüquq və azadlıqlarının qorunmasında icra, qanunverici və digər məhkəmə orqanları ilə qarşılıqlı əlaqələri barədə məruzələrlə çıxış ediblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti çərçivəsində digər ali dövlət orqanları ilə işbirliyi haqqında məlumat verib, habelə vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının qorunmasına yönəlmiş qərarların bir sıra aspektlərinə toxunub.
Həmçinin səfər çərçivəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə ikitərəfli görüşlər keçirilib, son illər ərzində iki ölkənin Konstitusiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlara dair fikir mübadiləsi aparılıb.
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının Ankaradakı səfirliyində olub, səfir Faiq Bağırov ilə görüşüb.
Aprelin 28-də isə Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri Vesna İliç-Preliçin dəvəti ilə Belqradda səfərdə olub.
Səfər zamanı Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və aparat rəhbərliyi ilə keçirilmiş görüşlərdə vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək üsulları və proseduru, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların icrası, məhkəmə praktikasında beynəlxalq hüquq normalarının tətbiqi, habelə ərazi bütövlüyü beynəlxalq hüquq prinsipi ilə bağlı məhkəmə-hüquq təcrübəsinə dair məsələlər müzakirə edilib.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nümayəndə heyəti və Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri Belqradın mərkəzi parkında Ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklili qoyublar.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58

