Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
04.05.2017 [09:51]
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi tələbələr arasında keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli liderin həyatından və siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, bu müsabiqənin əsas məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, dövlətin qadın siyasətində əsas istiqamətlərlə bağlı maarifləndirmə işi aparmaqdır. “Məhz bu baxımdan ölkəmizin bir sıra ali məktəblərində tələbələrlə görüşlər təşkil etdik və həmin görüşlərdə Ümummilli lider tərəfindən əsası qoyulan dövlət qadın siyasətinin əhəmiyyəti, qadınların cəmiyyətdə rolunun artması ilə bağlı Onun rəhbərliyi altında reallaşdırılan islahatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən siyasətin daha da inkişaf etdirilməsi barədə tələbələrə ətraflı məlumat verildi”, - deyə komitə sədri qeyd edib. Hicran Hüseynova vurğulayıb ki, ölkəmizdə aparılan ardıcıl və uğurlu siyasət qadınların vəziyyətinə və cəmiyyətdəki mövqeyinə də müsbət təsir göstərir. Komitə sədri qeyd edib ki, hər il təşkil edilən müsabiqəyə bu il 150-yə yaxın yazı təqdim olunub. Bu da müsabiqəyə marağın ildən-ilə daha da artmasından xəbər verir. Hicran Hüseynova Heydər Əliyevin xatirəsinə həsr olunan müsabiqələrin mütəmadi olaraq keçirilməsinin önəmini vurğulayıb.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, tələbələr arasında belə bir müsabiqənin keçirilməsi çox önəmlidir. Bu gün ölkəmizin bütün guşələrində Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunur. Heydər Əliyev tutduğu vəzifədən, mövcud siyasi quruluşdan asılı olmayaraq hər zaman Azərbaycan xalqına xidmət edib. Ulu öndər 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayan zaman Azərbaycan aqrar bir ölkə, 15 müttəfiq respublika arasında 14-cü yerdə idi. Qısa müddət ərzində Azərbaycan ən ön yerlərə yüksəldi. O dövrdə azərbaycanlı şair və yazıçılara fəxri adlar, mükafatlar verilmirdi. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra azərbaycanlı ziyalılara diqqət və qayğı göstərməyə başladı.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar barədə danışıb. O, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasının müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğunu, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi təsbit olunduğunu diqqətə çatdırıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputat Pərvin Kərimzadə dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində Heydər Əliyevin məqsədyönlü fəaliyyətini qeyd edib, Ulu öndərin qadınlara diqqət və qayğısından, müvafiq Fərman və sərəncamlarından söhbət açıblar. Azərbaycanda bu gün də qadınlarla bağlı məsələlərin dövlətin diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd edilib ki, Ulu öndərin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyələri gənclər arasında təbliğ etmək, eyni zamanda qadınlar haqqında məqalələr yazmaq, gənclərin yaradıcılıq imkanlarının aşkara çıxarılmasına şərait yaratmaq mühüm addımdır.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Heydər Əliyev bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. Ulu öndərin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Heydər Əliyev irsi elə zəngin irsdir ki, biz zaman-zaman onun yeni mahiyyətini, yeni fəlsəfəsini öyrənirik və bu irsin Azərbaycan xalqı, dövləti üçün nə qədər önəmli olduğunu dərk edirik.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, İctimai Televiziyanın “Yadigarlar” layihəsinin rəhbəri, Əməkdar jurnalist Flora Xəlilzadə müsabiqə barədə fikirlərini bildirib, qadın məsələləri, gender problemləri ilə bağlı məqalələrin tələbələrin gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb edəcəyini söyləyiblər.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Birinci yerə Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə I kurs magistri Könül Əlizadə, ikinci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aida Həsənova, üçüncü yerə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Təhmasib Quluzadə layiq görülüblər. Beş nəfər isə həvəsləndirici yer tutub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

