/ / Bakı Dövlət Universitetinin dosenti Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru diplomuna layiq görülüb
Bakı Dövlət Universitetinin dosenti Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru diplomuna layiq görülüb
10.05.2017 [09:01]
Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbov Batumi Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.
Mayın 6-da Batumi Dövlət Universitetində Rza Talıbova bu ali məktəbin fəxri doktoru diplomu təqdim olunub.
Universitetinin rektoru, professor Merabi Xalvaşi elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş Rza Talıbovu rəhbərlik etdiyi ali məktəbin kollektivi adından salamlayıb, onun Batumi Dövlət Universitetinə gəlişindən məmnunluğunu ifadə edib. Bildirib ki, Rza Talıbov Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsi, həmçinin elmin və təhsilin inkişafı istiqamətində böyük işlər görüb.
Sonra rektor universitetin elmi şurasının Rza Talıbova fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
Rza Talıbova fəxri doktor diplomu və mantiya təqdim olunub.
Rza Talıbov Batumi Dövlət Universitetinin Elmi Şuranın üzvləri qarşısında çıxış edərək fəxri doktor diplomuna görə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb.
“Batumi Dövlət Universiteti bu gündən mənim də universitetimdir”, - deyən Rza Talıbov bundan sonra da təhsil sahəsində əlaqələrin inkişafında əlindən gələni edəcəyini bildirib.
Tədbirdə, həmçinin Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək bildirib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.
Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov çıxışında bildirib ki, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan Respublikası ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab yüksək ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab, MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

