Azərbaycan jurnalistləri Rusiyanın media təmsilçilərinə müraciət ediblər
13.05.2017 [10:57]
Uzun tarixi dövr ərzində ən müxtəlif sahələrdə təşəkkül tapmış qarşılıqlı dostluq əlaqələri Rusiyada çoxsaylı Azərbaycan diaspor qurumlarının formalaşmasına şərait yaradıb. Hazırda dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) də müasir dövrdə Rusiya və Azərbaycan xalqları arasındakı mehriban qonşuluq münasibətlərinin qurulması və inkişafında həlledici rol oynayıb. Bu xidmət yalnız Azərbaycanda deyil, Rusiyanın özündə də hər zaman yüksək qiymətləndirilib.
Mətbuat Şurasından AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər Azərbaycan jurnalistlərinin Rusiyanın media təmsilçilərinə müraciətində yer alıb.
Müraciətdə deyilir: “ÜAK hər zamankı kimi missiyasına sadiqdir. Lakin təəssüf ki, son zamanlar qurumla bağlı xəbərlər ürəkaçan deyil. Rusiya hakimiyyətində olan bəzi antiazərbaycançı və ermənipərəst qüvvələr cidd-cəhdlə təşkilatın hüquqi baxımdan ləğvinə çalışmaqdadırlar. Onların işbirliyinin nəticəsidir ki, Rusiyanın Ədliyyə Nazirliyi ÜAK-ın dövlət qeydiyyatının ləğvi üçün ölkənin Ali Məhkəməsinə müraciət ünvanlayıb.
Azərbaycan jurnalistlərinin vahid özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası bildirir ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunsa və qurum fəaliyyətini dayandırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərəcək. Biz iki qonşu dövlət arasındakı əlaqələrə hər hansı formada ziyan gəlməsinin yolverilməzliyi qənaətindəyik və inanırıq ki, hər iki ölkə ictimaiyyətinin mütərəqqi kəsimi düşüncəmizi bölüşür.
Bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Bütün bu fəaliyyətin ilhamvericisi qismində ÜAK çıxış edib və tutduğu yola hər zaman sadiqdir. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaqdır.
ÜAK-ın fəaliyyətinin dayandırılması məsələsi habelə polietnik struktura malik Rusiyada yaşayan digər azsaylı xalqlar üçün də xoşagəlməz presedent kimi qəbul ediləcək. Biz media təmsilçiləri olaraq bu durumun yaranmasını qətiyyən arzulamırıq.
Biz, Azərbaycan jurnalistləri, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçiliyinin hər hansı şəkildə zədələnməsinə qarşıyıq. Düşünürük ki, ermənipərəst qüvvələrin əli ilə dövriyyəyə buraxılmış ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniyanın kökündə bu motiv də dayanmaqdadır. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə - mühüm söz sahibi olan jurnalist həmkarlarımıza üz tuturuq.
Azərbaycan Mətbuat Şurası, ümumilikdə Azərbaycan jurnalistləri rusiyalı həmkarlarımızı, Rusiyanın media ictimaiyyətini müxtəlif siyasi oyunların məntiqi nəticəsi kimi gündəmə gətirilmiş ÜAK-ın ləğvi məsələsinə sərt reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə çağırırıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərə bilməz. Qurum üzərinə düşən öhdəlikləri azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib və yetirəcəkdir. Rusiya qanunlarına, Azərbaycan və Rusiya arasındakı tarixi dostluq və qonşuluq əlaqələrinin inkişafına sədaqət xəttinin hər hansı alternativi yoxdur.
İnanırıq ki, Rusiya jurnalistləri olaraq sizlər bu müraciətimizi həssaslıqla qarşılayacaq, ÜAK-ın dövlət qeydiyyatının ləğvinə və fəaliyyətinin dayandırılmasına yönələn kampaniyanın qarşısının alınmasında aktiv iştirak edəcəksiniz”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

