Azərbaycan prokurorluğunun nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
16.05.2017 [09:13]
Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iki ölkənin prokurorluq orqanları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, təcrübə və işçi mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 10-dan 12-dək Bolqarıstanda işgüzar səfərdə olub. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Bolqarıstanın baş prokuroru Sotir Tsatsarov ilə görüşüb. Baş prokuror ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə qurumları arasında uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakının ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə verdiyini bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı institusional və qanunverici tədbirlər, o cümlədən “ASAN xidmət” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra nümayəndə heyəti Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin rəhbəri Dimitar Georgiyev ilə görüşüb. Xidmətin fəaliyyəti barədə məlumat verən D.Georgiyev xidmət əməkdaşlarının korrupsiyaya qarşı mübarizə üzrə yaradılmış xüsusi işçi qrupunun işində əməliyyat-axtarış səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə iştirak etdiklərini bildirib.
Azərbaycan nümayəndə heyəti 2011-ci ildən dövlət başçısının korrupsiyaya qarşı mübarizədə siyasi iradəsinin təcəssümü kimi ixtisaslaşmış antikorrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış səlahiyyətlərinin verildiyini, bu qabaqcıl təcrübənin mötəbər beynəlxalq təşkilatlar tərəfindən digər ölkələr üçün nümunə kimi qəbul olunduğunu qeyd edib.
Səfər çərçivəsində prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik üzrə Dövlət Xidmətinin əməkdaşlarının cəlb edildiyi “Korrupsiyaya qarşı mübarizə üzrə xüsusi işçi qrup”unda, Bolqarıstanın ağır cinayətlər, terrorçuluğa qarşı mübarizə üzrə ixtisaslaşmış prokurorluğunda, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın qaytarılması üzrə komissiyasında görüşlər keçirilməklə cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.
Səfərin sonunda nümayəndə heyəti Bolqarıstanın Veliko Tırnovo şəhərinə gedərək Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunu ziyarət edib.
Keçirilən görüşlərdə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

