Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatı olub
20.05.2017 [08:14]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib
Mayın 19-da Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Həyat Fondunun təsisçisi Nuran Hüseynov tədbirdə çıxış edərək bildirib ki, fondun yaradılmasında məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir istiqamət verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, səmərəli şəkildə çatdırmaq fondun fəaliyyətinin əsasını təşkil edəcək.
Qeyd edilib ki, Həyat Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdiriləcək və fonda ianə vermək bir neçə vasitə ilə mümkün olacaq. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, poçt, bank və ödəniş aparatları ilə, eləcə də fondun rəsmi internet səhifəsinə daxil olmaqla nəzərdə tutulan müvafiq bölmədən fondun və ya birbaşa ehtiyac sahiblərinin hesabına ödəmələr etməklə yardım etmək mümkün olacaq. Ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə daxil olaraq (www.heyatfondu.az) müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda, ənənəvi məktub formasında müraciət etmək mümkün olacaq.
Nuran Hüseynov bildirib ki, Həyat Fondunun həftədə bir dəfə olmaqla ATV telekanalında verilişinin yayımlanması da nəzərdə tutulub. Veriliş yardıma ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, fondun dəstəyi ilə həyata keçirilən işlərin ictimaiyyətə çatdırılması məqsədini daşıyır.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Həyat Fondunun yaradılmasının əhəmiyyətli hadisə olduğunu vurğulayıb.
Mədət Quliyev bildirib ki, bugünkü Azərbaycan Ümummilli lider Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir. Ötən əsrin 90-cı illərində səriştəsiz insanların hakimiyyətdə olması səbəbindən Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə idi. Lakin xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı və səriştəli insanları ətrafına toplayaraq Azərbaycanı qısa müddətdə dağılmaq təhlükəsindən xilas etdi və bu da inkişafa gətirib çıxardı.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi deyib ki, bu gün Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu, Azərbaycan üçün təntənəli bir bayramdır. Bu gün azərbaycanlılar fəaldırlar, bacarıqlıdırlar və dünyanın nəbzini tuturlar. Çox sevindirici haldır ki, Azərbaycanda belə bir fond yaradılır. Şübhə yoxdur ki, bu fond qısa müddətdə ehtiyacı olan insanlara yardım edəcək.
Tədbirdə digər çıxış edənlər fondun yaradılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56

