/ / “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətində Milli Qurtuluş Günü qeyd olunub
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətində Milli Qurtuluş Günü qeyd olunub
15.06.2017 [10:27]
“Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.
Konfrans iştirakçıları əvvəlcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətindən bəhs edən videofilmə baxıblar.
Konfransda çıxış edən Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Belə bir məqamda həm siyasi hakimiyyət, həm də xalq üzünü Naxçıvana - zəngin siyasi təcrübəyə malik Heydər Əliyevə tutdu.
“Ulu öndər yalnız milli maraqları əsas götürərək Bakıya gəldi və qısa vaxtda siyasi-hərbi gərginliyi aradan qaldırdı”. Bu fikirləri vurğulayan “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə də çıxışında ölkənin gərgin siyasi vəziyyətində Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətinə toxunub. Bildirib ki, Ümummilli lider xalqın tələbi ilə hakimiyyətə qayıdaraq ölkədəki siyasi və hərbi böhrana son qoydu, Azərbaycanda sabitlik dövrü başladı.
Konfransa yekun vuran “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC İH-nin sədr müavini Elşən Əsədov 15 iyun tarixini çağdaş tariximizdə yeni bir səhifənin başlanğıcı kimi dəyərləndirib: “Konstitusiya qəbul edildi və dövlətçilik təsisatları formalaşdırıldı, iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın karbohidrogen ehtiyatları dünyaya açıldı. Bu gün ölkəmiz Ümummilli liderin müəyyən etdiyi strateji istiqamətdə inamla irəliləyir. Ordumuz möhkəmlənir, işğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Cocuq Mərcanlı kəndində həyata keçirilən işlər xalqımızda böyük ruh yüksəkliyi yaratmaqdadır. Bu gün Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndində olması, abadlıq-quruculuq işlərinə baxış keçirməsi iqtisadi baxımdan güclənən Azərbaycanın parlaq hərbi qələbəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

