Nərimanov rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15.06.2017 [10:31]
Dünən Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Respublika Veteranlar Təşkilatının inzibati binasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin və ziyalıların qatıldığı tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Ulu öndər Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.
Millət vəkili qədirbilən xalqımızın birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etdiyini, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu öndər Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək, xalqımızın təkidli tələbilə hakimiyyətə qayıtdığını, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını ovaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğulayıb.
Sonra çıxış edən millət vəkili Adil Əliyev Ümummilli liderin hakimiyyətə yenidən qayıdışının xalqımıza itirilmiş inamını qaytardığını vurğulayıb, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına, Azərbaycan dövlətçiliyi, azərbaycançılıq fəlsəfəsi yaşadıqca xalqımızın xilaskarı Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağına əminlik ifadə edib.
Ulu öndərin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft strategiyasının təməlinin qoyulduğu, Onun yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlərin görüldüyünü diqqətə çatdıran millət vəkili qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, onun beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Tədbirdə Təfəkkür Universitetinin professoru Cümşüd Nuriyev, Təfəkkür Universitetinin TGT-nin sədri Asəf Cabbarlı əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlərin hazırda Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini, onun iqtisadi gücünün istər regionda, istərsə də bütün dünyada durmadan artdığını qeyd ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə partiyanın vəsiqələri, eyni zamanda, rəmzi olaraq Milli Qurtuluş Gününün 24-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunun bu tarixi və əlamətdar bayramla həmyaşıd olan 24 nəfər fəal gəncinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16

